İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO

  • 01.05.2019, 10:14,
  • Hadisə
  • Baxılıb: 165
İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO



Azərbaycanda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.

Video sosial şəbəkədə paylaşılıb. Görüntülərdən məlum olur ki, qəza zamanı “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəzanın dəqiq harada və nə zaman baş verdiyi, eləcə də ölən və xəsarət alanlarla bağlı məlumat verilmir. Hadisə zamanı “VAZ-21011” əsas yola daxil olarkən hərəkətdə olan “VAZ-2106”ya yol verməyib və nəticədə avtomobillər toqquşub.

Zərbənin təsirindən “VAZ-2106”da olan sərnişin avtomobilin ön şüşəsindən yola düşüb.

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Səkkiz nəfər ölüb. Onlar iki ailənin üzvləri olub.


Mədəniyyət