245 nömrəli orta məktəbdə Ülviyyə İsmayılova hegemonluğu – FAKTLAR

245 nömrəli orta məktəbdə Ülviyyə İsmayılova hegemonluğu – FAKTLAR


Nazir Mikayıl Cabbarovun tapşırıqlarını qulaqardına vuran direktor qanunları pozmaqla məşğuldur Müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmayıb. Bu baxımdan ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Kənd yerlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmayıb, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Həmçinin səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmayıb. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Qeyd edək ki, Mikayıl Cabbarov nazir vəzifəsinə təyin ediləndən sonra bu sahədə bir sıra islahatlar həyata keçirib. Nazirin ən çox toxunduğu məsələ isə orta məktəblərdəki pul yığımları ilə bağlıdır. Belə ki, nazir dəfələrlə direktorlara müəllimlərdən və şagirdlərdən pul yığmamağı tapşırıb. Buna baxmayaraq, bəzi məktəb direktorları hələ də öz bildiklərini edir, başqa sözlə desək nazirin xəbərdarlıqlarını qulaqardına vururlar. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, paytaxtın Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbdə də problemlər xirtdəyə çıxır. Məlumatda direktor Ülviyyə İsmayılovanın işinə qeyri-peşəkar yanaşması, bir qrup müəllimi və şagirdləri tez-tez incitməsi qeyd olunur: «245 nömrəli orta məktəb 1968-ci ilin sentyabrında istifadəyə verilib. 1994-cü ildə ibtidai siniflər üçün əlavə bina tikilib. Məktəb 2 pilot layihənin “Elektron məktəb” və “Rus dilinin ikinci xarici dil kimi intensiv təhsili” iştirakçısıdır. 2014 cü ildə məktəb əsaslı təmir olunub. Məktəbin infrastrukturu yenilənib, həyəti abadlaşdırılıb. Məktəbdə 2000-dən artıq şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 154 müəllim məşğul olur. Xatırlatma üçün deyim ki, 245 nömrəli tam orta məktəbin keçmiş direktoru V.Məcidova 2013-cü ilin iyununda Təhsil Nazirliyinə edilən şikayətdən sonra cəzalandırılıb. Onun uşaqların birinci sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Direktorun əmək müqavilsinə 13 iyun 2013-cü ildə xitam verilib. Artıq bir müddətdir ki, məktəbə rəhbərlik edən Ülviyyə xanım köhnə direktorun səhvlərini təkrarlamaqla məşğuldur. Bir vaxtlar qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəbdə hazırda təhsilin səviyyəsi çox aşağıdır. Məktəbin tərkibi dağıla-dağıla gedir. Müəllimlərin və şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Ülviyyə İsmayılova məktəbdə öz komandasını yaratmaqla qanunsuz əməllərini rahatlıqla həyata keçirir. Onun komandasına daxil olan şəxslər tərbiyə işləri üzrə müavini Könül Ağalıyeva və digər müavini Leyla Cəbrayılovadır. Leyla Cəbrayılova ibtidai siniflərə nəzarət edir. İbtidai sinif müəllimələri hər ay onun vasitəsilə direktora «şirinlik» verirlər. Direktor məktəbə yeni təyin olunanda Leyla Cəbrayılova münasibətləri yaxşı deyildi, hətta onu işdən çıxarmaq istəyirdi. Lakin sonradan fikrindən daşındı və onunla rəfiqə oldu. Amma onun məktəbdə bütün işlərini yaxın rəfiqəsi olan Könül Ağalıyeva həyata keçirir. Məktəbdə qanun pozuntuları bir deyil, iki deyil. I sinifdə oxumaq arzusunda olan uşaqlar üçün keçilən hazırlıq kurslarına görə pul yığılır. 10 və 11-ci sinifdə oxuyan şagirdlərin bir hissəsi direktorla «razılaşıb» dərsdən yayınırlar. Məktəbdə fond puluna, müəllimlər günü və digər bayramlarla əlaqədar yığımlar edilir. İbtidai siniflərdə uşaq çox olduğu üçün əlavə sinif yaradılması üçün hər valideyndən 50 manat pul yığılır». Qeyd edək ki, 245 nömrəli məktəbdə cərəyan edən qanun pozuntuları ilə bağlı başqa bilgilərə də sahibik. Növbəti yazımızda oxuyacaqsınız: - 2014/2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə məktəbə ayrılan 10 min manatın aqibəti necə oldu? - Direktor Ülviyyə İsmayılova Dilşad adlı müəlliməni hansı yolla neytrallaşdırıb? - Məktəb rəhbərinin həyat yoldaşı nəyə görə hər gün məktəbə gəlir? - «Son zəng»lə bağlı şagirdlərə hansı «tapşırıq»lar verilib? Bu və digər maraqlı məqamlar haqqında tezliklə geniş yazı hazırlayacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com
245 nömrəli orta məktəbdə Ülviyyə İsmayılova hegemonluğu – FAKTLAR

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət