Baş qəhrəmanlar serialdan gedirlər

  • 14.05.2019, 13:43,
  • Dünya
  • Baxılıb: 221
Baş qəhrəmanlar serialdan gedirlər
Fox TV-də yayımlanan "Yasak Elma"nın baş qəhrəmanları serialdan uzaqlaşır.

Beş.az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli layihənin Zeynebi Sevda Erginci və Alihanı Onur Tuna gələn həftə efirlə vidalaşır.

Buna səbəb iki ulduzunun ssenariyə uyğun olaraq həyat hekayəsinin bitməsidir. Onlar 46-cı bölümdə sonuncu dəfə tamaşaçı qarşısına çıxacaqlar.

Bu məqamda bildirək ki, vidalaşan qəhrəmanların yerinə Nəsrin Cavadzadə və Ege Kökenli seriala daxil edilib.
Mədəniyyət