ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb

  • 06.05.2019, 09:28,
  • Dünya
  • Baxılıb: 224
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb


ABŞ-ın İllinoys ştatında kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

beş.az Trend-ə istinadən bildirir ki, bunu Uokiqan şəhərinin yanğın xidmətinin rəhbəri Stiven Lenzi deyib.

Daha öncə 4 nəfərin xəsarət aldığı və 3 nəfərin itkin düşdüyü ehtimal olunurdu. Xəstəxanada olan yaralılardan biri dünyasını dəyişib, daha iki nəfərin meyiti isə hadisə yerində aşkar olunub.

Üçüncü itkin düşən şəxsin axtarışları davam edir.
Mədəniyyət