Dünyadakı elmi-texniki inqilab informasiyalı cəmiyyətin yaranmasına səbəb olmuşdur. Respublikamızdakı bütün kütləvi informasiya vasitələri kimi “İnsan Haqları” İctimai-Siyasi-Hüquq Jurnalı olaraq, Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü siyasəti, apardığı çoxşaxəli kadr islahatlarını, korrupsiyaya qarşı mübarizəsini hər zaman alqışlayırıq. Biz, Respublikamızda baş verən ictimai-siyasi proseslərin mərkəzindəyik. Vətəndaşların maddi, sosial, hüquq problemlərinin həlli istiqamətində bacardığımız qədər hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciətlər edirik. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının Qanunlarına məhəl qoymayan bəzi dırnaqarası məmurlar və bu qanunlara riayət etməyən insanlar vətəndaşlarımızın hüquqlarını tapdalayaraq cəzasız qalırlar. Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, Dövlət iki şeydən sarsıla bilər “ GÜNAHSIZ CƏZA ALSIN, GÜNAHKAR CƏZASIZ QALSIN!” Bu cür hallar öz növbəsində xalqı Hakimiyyətə qarşı muxalifətləşdirir ...
Belə ki, Redaksiyamıza üz tutub müraciət edən Ağayeva Gülnarə Tofiq qızı bildirmişdir ki, tanışları olan Abdullayev Fikrət Əbülfəz oğlu və onun bacısı oğlu Babayev Dünyamin Məhəmməd oğluna topladığı vəsaitindən 2018-2021 illərdə hissə-hissə ödəyərək, onların çalışdıqları tikintilərdə ucuz qiymətə bir otaqlı mənzil olarsa, xəbər vermələrini xahiş etmişdir. Onlar isə bu qadının inam və etibarından sui-istifadə etmiş, mənzil və ya qeyri-yaşayış sahəsi əldə etməsi adı altında ondan bütövlükdə 53000 (əlli üç min) manat pul mənimsəmişlər. G.Ağayevaya D.Babayev və F.Abdullayev gah Bakı şəhərinndə, gah da Xırdalan və Qusar şəhərindəki tikintilərdən birində istənilən ölçüdə barterlə üsulu aldıqları onalara məxsus mənzillərdən birinin onun adına rəsmiləşdirəcəklərinə inandırmışlar. G.Ağayevaya təklif olunan həmin mənzillər birini bəyəndikdən sonra isə adına rəsmilədirmək istədiyini bildirdikdə isə D.Babayev və F.Abdullayev gah onun telefonuna cavab verməmiş, gah xəstələri olduqları üçün Bakıda olmadıqlarını, gah da müxtəlif bəhanələr gətirərək verdiyi sözlərindən yayınmışlar.
Hər dəfə G.Ağayeva mənzilini tələb etdikdə isə ona Xırdalan şəhərinin ən gözəl yerində tikilən YK-nin birində müxtəlif sahəli mənzilləri olduğunu demişlər, yaxın vaxtlarda bu mənzillərin ona təklif olunacağını bildirmiş, sonradan isə verdikləri sözü yenidən tutmamışlar. Zaman-zaman G.Ağayevanın təpkisini gördükdə F.Abdullayev və D.Babayevin təmin edəcəkləri mənzilin yaxşı Kompleksdə olması üçün bir müddət də gözləməsini xahiş etmişlər. Nəhayət, Ağayeva Gülnarə onların bu hərəkətlərinə davam gətirməyib aldadıldığını qət etdim və hər ikisindən Polis İdarəsinə şikayət edəcəyilə bağlı xəbərdarlıq etmişdir. Bu iki şəxs G.Ağayevanın daha da qəzəbləndiyini başa düşmüş və ona qarşı törədikləri bu dəluduzluğu ört-basdır etmək üçün, üçüncü bir şəxslə əlaqə qurmuş və onunla isə əvvəlcədən mütəşəkkil olaraq sövdələşmişlər. Bu üçüncü şəxs isə“Proqress-2016” MTK-nın direktoru olmuş, hal-hazırda intintaq prosesi üzrə AR CM-nin 313 və 308-ci maddələri ilə ittiham edilən Səməndərov Emin Tofiq oğludur. G.Ağayevanın 53000 (əlli üç min) manat pulunu qaytarmamaq üçün bu cinayəti törətmişlər.
Beləliklə, G.Ağayevanı yenidən aldadaraq, D.Babayev və dayısı F.Abdullayev mənimsədikləri pulun müqabilində ona “Proqress-2016” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış evinin 2 blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0kv.m olan 2 otaqdan ibarət 47 saylı mənzilin barter yolu ilə onlara məxsus olduğunu bildirmişlər və həmin ünvana mənzilə baxış keçirmək üçün G.Ağayevanı YK-nin ofisinə çağırmış və həmin mənzili ona təklif etmişlər. Təklif olunan mənzilin dəyəri 53000 (əlli üç min) manatı təşkil etmiş və beləliklə, G.Ağayeva 08 may 2021-ci il tarixdə Babayev Dünyaminlə “Proqress-2016” MTK-nın ofisinə ikinci dəfə gedərək, MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu ilə tanış olmuş və həmin tarixdə “Alqı-Satqı Müqaviləsi” və Maliyyə arayışı əsasında ümumi məbləği 62400 (altmış iki min dörd yüz ) manat dəyərində həmin MTK-ya məxsus Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A, ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış evinin 2 blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0kv.m olan 2 otaqdan ibarət 47 saylı mənzili Səməndərov Emil Tofiq oğlu ilə ümumi razlığa gələrək, bu müqaviləni öz iş otağında qarşılıqlı imzalayıb onun tərəfindən möhürlənib G.Ağayeva təqdim etmişdir.
2022-ci ilin iyun ayında Ağayeva Gülnarə həmin ünvandakı mənzilə görə 200 manat verib köhnə seyf qapı alıb quraşdırmış, lakin bir ildən sonra 2023-cü ilin iyun ayının 24-də binaya gələndə həmin qapının qıfılını aça bilmədiyi üçün narahat olmuş və yarımçıq qalmış Yaşayış Kompleksininin həyətində divardan asılmış qırmızı rəngli xəbərdarlıq lövhəsini görmüş, ona aydın olmuşdur ki, burada satış üçün mənzil yoxdur həm də mənzillərin hər biri 4-5 nəfər şəxsə dələduzluq yolu satıldığından zərərşəkənlərin Korrupsiya İdarəsinə gəlməsi lazımdır.
Səhəri gün G.Ağayeva təcili olaraq, yəni 25.06.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas Süleymanlı Kənan Tahir oğlunun qəbuluna gedərək, mənzilə aid götürülməli olan “Aıqı-Satqı Müqaviləsi”-nin və Maliyyə Arayışımın orijinalını təqdim etmiş və bunun müqabilində müstəntiq G.Ağayevaya 0090289465 saylı Qeydiyyat Protokolunu qarşılıqlı imzalayaraq, bir nüsxəsini ona qaytarmışdır.
G.Ağayeva II dərəcəli diabet xəstəsi olduğu üçün bu hadisədən aldığı maddı və mənəvi stresin təsirindən aylarla yataq xəstəsinə çevrilmiş, hal-hazırda da mütamadi olaraq bahalı müalicəvi, həmçinin ona psixoloji bərpa kursu keçir.
G.Ağayeva bir müddət öncə də yenidən Babayev Dünyamin və Abdullayev Fikrətlə əlaqə saxlamış, hər iki şəxs dəfələrlə israrla bildirmişlər ki, mənzilə görə G.Ağayevanın ödədiyi vəsaiti artıqlaması ilə “Proqress-2016”MTK-nın məsul şəxslərindən biri olan Hümmətov Səbuhiyə qəpiyinədək artıqlaması ödəmişlər və bütün mühafizə orqanlarında da bu sözlərini təsdiq etməyə hazırdırlar.Sonra da bildirmişlər ki, Hümmətov Səbuhi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi ədliyyə müşaviri Mehman Hümmətovun yaxın qohumudur. G.Ağayevanın mənzilə görə ödədiyi 62400 (altmış iki min dörd yüz) manat pul tam və artıqlaması ilə D.Babayev və F.Abdullayev tərəfindən Hümmətov Səbuhiyə təhvil verilmişdir.
Yuxarıda qeyd etdiklərimi nəzərə alıb,
BÜTÜN HÜQUQ MÜHAVİZƏ ORQANLARININ RƏHBƏRLƏRİNDƏN XAHİŞ EDİRƏM!
Sizin bütünlüklə humanist, ədalətli bir ədalətli prokuror olduğunuza böyük inam hissi ilə bildirirəm, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevin korrupsiyaya qarşı mütəşəkkil mübarizəsini nəzərə alaraq, Sizə təqdim etdiyim şikayət ərizəsini və əsas götürməyinizi, G.Ağayevanın yaşlı bir qadın olduğunu nəzərə alıb, etibarından sui-istifadə edən Babayev Dünyanin Məhəmməd oğlunun, Abdullayev Fikrət Əbülfəz oğlunun və Hümmətov Səbuhinin bu cinayət əməllərinə hüqiqi qiymət verərək, onlara qarşı müvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz.