Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu

  • 07.04.2024, 10:20,
  • Gündəm
  • Baxılıb: 290
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu

Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi. 30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.

Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir. Dövlət başçısı İlham Əliyevin Aprel döyuşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışında “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır” çağırışını edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Aprel döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi.

Elçin Bilalov Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib. Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq.
Fəridə müəllimə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu

Bu gün artıq tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün, qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla addımlamağımıza əsas verdi. Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı. Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi möhtəşəm uğurlarıdır. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib.

Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından böyük qürur hissi keçirir.

Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu
Şahnaz Şükürzadə: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Füzuli rayonu 35 N li tam orta məktəbin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirindən.

Füzuli rayonu 35 N li tam orta məktəbin direktoru Şahnaz Şükürzadə
Mədəniyyət