Dövlətin pulunu mənimsəyən məmur kimdir?

  • 28.03.2024, 16:53,
  • Gündəm
  • Baxılıb: 321
Redaksiyaya daxil olan məlumata görə öz vəzifəsi ilə vidalaşmalı olan Azneft İstehsalat Birliyinin Baş Direktoru Şahmar Hüseynovun başı yaman dərddədir. Bir vaxtlar Balaxanıneft NQÇİ-də işləyən,məşhur torpaq alverçiləri qruplaşmasının üzvü olan Şahmar müəllim qısa zaman kəsiyində Azneft İB-Baş Direktoru vəzifəsinə qədər gedib çıxa bilmişdi. Bir zamanlar Sabun çu,Balaxanı,Zabrat,Ramana,Muxtarov ərazisində mədənlərin içində torpaq satışı ilə məşğul olaraq qanunsuzluqla məşğul olmuşdur. Bu qanunsuz qruplaşmanın,demək olarsa hər biri böyük bir var-dövlət sahibidirlər. Balaxanıneft NQÇİ-Rəisi olmuş mərhum Mübariz Məmmədovun vaxtında olmuş bu qanunsuzluqlar dəstə üzvlərinin bahalı maşınlarla,villalarla sahib olmalarına şərait yaratmışdır. Onlardan biri Mubariz Məmmədovun yaxın qohumu,digərləri isə hələ adlarını çəkməyə lüzum bilmədiyimiz şəxslər vardır. Onlardan biri təqaüdə çıxsada Şahmar Hüseynovun dəsti-xətti ilə müəssələrin birində çalışır.
Şahmar Hüseynovu son vaxtlar neft hasilatının aşağı düşməsi ilə,işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması bildirilsədə onun fəaliyyəti dövrü ilə böyük araşdırılma aparılmasına ciddi ehtiyac duyulur.
Pressdent. az xəbər portalı olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq və jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Ətraflı növbəti sayımızda.

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Mədəniyyət