Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

  • 20.06.2023, 15:38,
  • Gündəm
  • Baxılıb: 68
Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistanla ölkəmiz arasındakı əməkdaşlıq qarşılıqlı hörmət və ehtirama, qardaşlığa, həmrəyliyə söykənir. Bu isə özünü həm Kəşmir, həm də Qarabağ probleminə münasibətdə daim hiss etdirirb. Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri zamanı verilən bəyanatlar, səslənən açıqlamalar bir daha göstərdi ki, iki dövlət arasında əməkdaşlıq dərin tarixi köklərə malik olmaqla yanaşı, həm də böyük perspektiv vəd edir.
Yeri gəlmişkən, Azərbaycan Kəş¬mir məsələsində Pakistanın haqlı mövqeyini beynəlxalq təşkilarlarda daim dəstəkləyib və bu gün də dəstək-ləməkdədir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə mətbuata verdiyi açıqlamada bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb: “Azərbaycan Pa¬kistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcək¬dir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdi¬ririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdı¬rır”.
Dövlət başçısı Pakistanın Qara¬bağ məsələsində daim ölkəmizə ciddi siyasi-diplomatik dəstək verdiyini, bu dəstəyin 44 günlük Vətən müharibəsin¬də də özünü hiss etdirdiyinə toxunub: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”. Türkiyə ilə yanaşı, Pakistanın da ölkəmizin maraqlarını qətiyyətlə müda¬fiə etməsi, bu kontekstdə dünya birli¬yinə açıq mesajlar ünvanlaması Ermə¬nistanın havadarları üçün də çəkindirici amil oldu. Erməni faşizminin himayə¬darları bu mesajlar sayəsində anladılar ki, Azərbaycan tək deyil və onun mü¬dafiəsinə hazır olan güclü dövlətlər var. Azərbaycan Qarabağ, Pakistan isə Kəşmir məsələsində haqlı olduğunu hələ illər öncə inkaredilməz faktlar¬la bütün dünyaya sübut edib. Hər iki qardaş dövlət göstərib ki, onlar haqq, ədalət işi uğrunda mübarizə aparmaq¬dadır. Bu baxımdan həm Azərbaycanı, həm də Pakistanı eyni cəbhənin silah¬daşları adlandırmaq mümkündür.
Ulu öndər Heydər Əliyev: “Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildirib”. Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində də Kəşmir məsələsində Pakistan dövlə¬ti ilə həmrəylik sərgiləyib, onun haqq işini dəstəkləyib. Nümunə üçün qeyd edək ki, ümummilli lider 11 aprel 1996-cı il tarixində Pakistan Televiziyasına müsahibəsində bir daha Azərbaycanın Kəşmir problemi ilə bağlı mövqeini ifa¬də edib, açıq şəkildə Pakistan dövlə¬tinə dəstək nümayiş etdirib: “Pakistan üçün çox mühüm olan Kəşmir proble¬mi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildiribdir, yəni biz beynəlxalq təşkilatlarda, başqa lazı¬mi səviyyələrdə Pakistanın bu barədə haqq-ədalət işini, Kəşmir problemi ilə əlaqədar olaraq onun mövqelərini daim müdafiə etmişik və bu gün də müdafiə edirik. Mən həm cənab prezidentlə gö¬rüşəndə, həm də hörmətli baş nazir ilə görüşəndə bu barədə öz bəyanatlarımı vermişəm. Kəşmirdə insan hüquqları¬nın pozulmasını biz qətiyyətlə pisləyirik və buna öz etirazımızı bildiririk”.
Prezident İlham Əliyevin 15 iyun 2023-cü il tarixində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə səs¬ləndirdiyi fikirlər göstərdi ki, dövlətimiz bundan sonra da Kəşmir məsələsində qardaş Pakistan xalqına dəstək ver¬məkdə davam edəcək. Hər iki dövlət rəhbərinin 15 iyun tarixində mətbuata verdiyi bəyanatlar göstərdi ki, yaxın gələcəkdə bu əmək¬daşlığın daha da genişlənməsi nəzər¬də tutulur. Əməkdaşlığın genişləndiriləcəyi sahələrdən biri də təhsil sektorudur. Qeyd edək ki, Prezident İlham Əliyev öz açıqlamasında Azərbaycadna daha çox pakistanlının təhsil almasını ar¬zuladığını ifadə edib: “Biz bununla yanaşı, təhsil sahəsində böyük poten¬sialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada gör¬mək istəyirik. Eyni zamanda, Pakistan¬da təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini ve¬rirlər”.
Ən əsası, baş nazir Şahbaz Şərifin ölkəmizə səfərinin Pakistan–Azərbay¬can münasibətlərinin inkişafına böyük töhfə verəcəyi göz önündədir. Bu töhfə qardaş ölkələrin milli maraqlarının uğurla müdafiəsini təmin edəcək.

Fərid Dünyamalıyev,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Mədəniyyət