Xalqa bağışlanan ömür. Heydər Əliyev-100

  • 09.06.2023, 18:27,
  • Gündəm
  • Baxılıb: 75
Xalqa bağışlanan ömür.  Heydər Əliyev-100

Heydər Əliyevin zəngin irsi, müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolundakı fəaliyyəti onun həyatını daha dərindən öyrənməyə, təbliğ etməyə səbəb yaradır. Ümumilli liderin hələ 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dövrdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər, Azərbaycanın gələcəyinə köklənmiş ideyaların mahiyyəti zaman keçdikcə daha aydın şəkildə anlaşılır. İdarəçilik bacarığı və təcrübə ona çoxsaylı mürəkkəb vəzifələrin öhdəsindən peşəkarcasına gəlməyə imkan yaradırdı. Məhz həmin dövrdə ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş bir sıra addımlar onun qətiyyət və prinsipiallığı hesabına mümkün olmuşdur. Azərbaycanın bir ölkə kimi inkişaf və intibahı Heydər Əliyevin rəhbərliyi altındakı dönəmdə reallaşmağa başlamışdır. O, milli məfkurənin formalaşmasına, zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır. Bu dövrdə dahi liderin fəaliyyətinin vacib yönlərindən biri də Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Onun bu istiqamətdə atdığı sistemli və məqsədyönlü addımlar, böyük çətinliklər bahasına əldə etdiyi uğurlar sırasındadır. Ulu öndər əzəli Azərbaycan torpağı olan Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilirdi. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın inkişafına çox böyük qayğı və həssaslıqla yanaşırdı. Onun təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında çoxsaylı vacib və tutarlı qərarlar qəbul edildi.
Xalqa bağışlanan ömür.  Heydər Əliyev-100


1993-cü ildə H.Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra artıq müstəqil Azərbaycan üçün yeni strategiya müəyyənləşdirmiş, yeni xarici siyasi kurs başlatmışdı. Həmin dövrdə qarşıda duran ən əsas vəzifə Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən xilas etmək, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq idi. Ölkədə yeni dövlət quruculuğu, sosial-iqtisadi və siyasi problemlərin tədricən və müvəfəqiyyətlə həll edilməsi, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin normallaşması, dünya ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması Azərbaycanın dünya birliyinə inteqrasiya prosesini aktivləşdirdi. Ölkənin beynəlxalq müstəvidə layiqli yer tutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulması olduqca mühüm əhəmiyyət daşıyırdı. Bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Heydər Əliyev yetkin siyasi xadim, son dərəcə müdrik başçı idi. O atdığı hər addımla ölkənin maraqlarlarını hesaba alır, gələcəyə köklənirdi. 20-ci əsrin sonu Azərbaycan xalqı ölkənin ən çətin və mürəkkəb bir dönəmini yaşadı. Kəskin və ağır dövrün hamımız şahidi olduq, millətimiz böyük sınaqlardan keçdi. Heç şübhəsiz, xalq olaraq bu yoldakı liderimiz, dayağımız məhz H.Əliyev oldu. Onun rəhbərliyi dövründə görülmüş işlər, başlatdığı iri layihələr bu gün də çox böyük uğurla davam etdirilir. Ulu Öndərin amalları və ideyaları ilə möhkəm bünövrə üzərində bərqərar olan qüdrətli Azərbaycan bu gün tarixinin ən güclü dövrünü yaşayır. Heydər Əliyev siyasi kursunu xüsusi bacarıq və dinamik şəkildə inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu gün cətin və mürəkkəb dünyada ölkəmizin firavan və təhkükəsiz şəraitdə yaşamasına zəmin yaradır. Vətənimizin müstəqilliyi əbədidir, sarsılmazdır!

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu
Qasımov Cəsarət


Şöbə müdiri: Rəcəb Astanov
Mədəniyyət