Azərbaycanla Tacikistan arasında mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

  • 12.04.2023, 09:59,
  • Gündəm
  • Baxılıb: 87
Azərbaycanla Tacikistan arasında mədəni sahədə  qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Cari ilin 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri münasibətlərin gələcəyi baxımından böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr iki dövlət arasında münasibətlərin güclənməsi üçün çox böyük perspektiv imkanlar yaradıb. Səfər çərçivəsində Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Hər iki görüşdə Azərbaycan-Tacikistan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsətin yarandığı qeyd olunub. Bu görüşlərdə həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edilib. Qeyd edək ki, görüşlər başa çatdıqdan sonra iki dövlət arasında sənədlərin imzalanması mərasimi olub. Bura Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, hüquq mühafizə, gömrük, maliyyə, terrorçuluğun müəyyənləşdirilməsi, kənd təsərrüfatı, siyasət, investisiya, mədəniyyət, sahibkarlıq, turizm və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair sənədlər daxildir. İmzalanan sənədlərdən biri də “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”dur.
Ölkələrimiz arasında qarşılıqlı münasibətlər və onun inkişafı həm Azərbaycanın, həm də Tacikistanın böyük çətinliklərlə üzləşdiyi 1990- ci ilin əvvəllərinə təsadüf edir. Belə ki, o zaman Azərbaycanda olduğu kimi Tacikistanda da sabitlik pozulmuş, hər iki dövlət vətəndaş müharibəsi vəziyyətinə çatmışdı. Təqdirəlayiq haldır ki, o zaman hər iki ölkədə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qardaş qırğınının qarşısını aldılar və ölkələrini inkişaf yoluna çıxara bildilər. Cənab İlham Əliyev öz çıxışında həmin tarixi məqamlara belə diqqət çəkdi: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”
Bu gün Tacikistanda ölkələrimiz arasında mövcud olan münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətlərinin olduğu ehtiramla xatırlanır. Bu ehtiramın ən bariz təzahürlərindən biri də gələn ay Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyinin bəyan edilməsi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatla etdikləri çıxışlarında bu məqamı xüsusi qeyd etdilər.
Tacikistan və Azərbaycan arasında iqdisadi, siyasi münasibətlərin yaxşı olması ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük potensial var. Ölkələrimiz arasında mədəni sahədə qarşılıqlı əlaqələr möhkəm təməl üzərində qurulub. Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur. Öz çıxışında möhtərəm dövlət başçımız bunu da qeyd edib ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Əlbəttə ki, bu faktlar bir çox mühüm məqamlara dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının azərbaycanlı sənətkarlara etibar edilməsi böyük etimaddan xəbər verir və səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin yaradır.

Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini
  • Нравится
  • 0
  • Alfred
  • 28-05-2023, 19:38
  • : 19:38
Hey

I wanted to reach out and let you know about our new dog harness. It's really easy to put on and take off - in just 2 seconds - and it's personalized for each dog.
Plus, we offer a lifetime warranty so you can be sure your pet is always safe and stylish.

We've had a lot of success with it so far and I think your dog would love it.

Get yours today with 50% OFF: https://caredogbest.shop

FREE Shipping - TODAY ONLY!

Many Thanks,

Alfred
действия
  • Нравится
  • 0
  • Geraldo
  • 22-06-2023, 22:50
  • : 22:50
Is your dog's nails getting too long? If you're tired of going to the vet or groomer to get them trimmed, why not try PawSafer™?
With PawSafer™, you can trim your dog's nails from the comfort of your own home, and it only takes a few minutes!

PawSafer™ is the safest and most convenient way to trim your dog's nails, and it's very affordable.

Get it while it's still 50% OFF + FREE Shipping

Buy here: https://pawsafer.sale

Cheers,

Geraldo
действия
Mədəniyyət