Rəşad Kərimov öz xoşbəxtliyini doğma Vətəninə, qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmətdə görür

Rəşad Kərimov öz xoşbəxtliyini doğma Vətəninə, qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmətdə görür

Məlumdur ki, ölkəmizin şəhər və rayonlarının mərkəzi magistral yollarında, hətta kəndlərə, qəsəbələrə və digər yaşayış məntəqələrinə gedən yollarda yol infrastrukturunun necəliyi və s. çox zaman ictimai müzakirələrə səbəb olan mövzulardan biri olur. Bu sırada İsmayıllı rayonuna aid yolların da vəziyyəti, görülən işlərin lazımi tələblərə cavab verməsi, bu sahədə çalışan vəzifə sahiblərinin üzərinə düşən vəzifə borclarını necə yerinə yetirmələri, məhz hər zaman yerli sakinlərin diqqətini cəlb edib. Ələlxüsus, İsmayıllı rayonu dağlıq ərazilərdə yerləşdiyindən və bu rayonda qış mövsümü bir qədər sərt keçdiyindən, ötən illərdə olduğu kimi bu il də qış mövsümünə hazırlıqla bağlı görülən işlər bizim də diqqətimizi cəlb etdi. Bu yöndə media üzərindən apardığımız araşdırmalardan, yerli sakinlərdən əldə etdiyimiz məlumatlardan aydın oldu ki, Rəşad Kərimovun direktoru olduğu 9 saylı “Yol-istismar” MMC-nin əməkdaşları, bu il qışa hazırlıq işlərinə mövsümə iki ay qalmışdan başlayıblar. Bəzi sakinlərlə etdiyimiz söz-söhbətlər zamanı o da bəlli oldu ki, bu MMC-nin direktoru heç də kabinet məmuru deyil. Yəni, Rəşad Kərimovu nə vaxt axtarsan, o halda onu ərazilərdə görülən işlərin üstündə tapmaq mümkün olacaq. Bir sözlə, bu şəxs olduqca işgüzar vəzifə sahibi olmaqdan əlavə, hal-hazırda təcrübəli bir kollektivə də rəhbərlik edir.
Rəşad Kərimov öz xoşbəxtliyini doğma Vətəninə, qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmətdə görür

Qeyd edək ki, son illər ərzində 9 saylı “Yol-istismar” MMC-nin əməkdaşları İsmayıllı-Muğanlı yolu və digər ərazilərdə hər kəsin rahatlığının təmin olunması üçün bir neçə əhəmiyyətli layihələr həyata keçirmiş və yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük uğurlara da imza atmışlar. Hal-hazırda da bu rayonun mərkəzi və daxili yolları nəzarətdə saxlanılır və lazım gəldiyi təqdirdə müəyyən təmir-bərpa işləri həyata keçirilir. İşgüzar fəaliyyəti ilə digər rəhbər şəxslərdən fərqlənən Rəşad Kərimov, bu gün də yorulmaq bilmədən çalışır və hər zaman rəhbərliyin etimadını doğruldur. Belə bir səbəbdəndir ki, bu şəxsin fəaliyyəti həm rayon ictimaiyyəti, həm də rəhbərlik tərəfindən razılıqla qarşılanır. Bir neçə gün bundan öncə yağan güclü qar Muğanlı-İsmayıllı avtomobil yolunun, Muğanlı-İsmayıllı dolaylarının, Lahıc-Dəmirçi-Pirqulu yolunun buz bağlamasına səbəb olur ki, bu da minik avtomobillərinin, sərnişin mikroavtobuslarının, yük maşınlarının hərəkətini qısa müddət ərzində çətinləşdirir. Buna baxmayaraq, 9 saylı “Yol-istismar” MMC-nin əməkdaşları qısa zaman kəsiyində bütün çətinlikləri aradan qaldırmağı bacarırlar. Yəni, dərhal əraziyə yol istismar idarəsinə məxsus texnikalar, canlı qüvvə cəlb olunur və yollara duz, qum səpilir. Bir sözlə, yaranan çətinliklər qısa müddət ərzində aradan qaldırılır və nəqliyyat vasitələrinin həm şimal-qərb rayonlarına, həm də paytaxt Bakı şəhəri istiqamətində hərəkətləri tam şəkildə qaydaya salınır.
Onu da bildirək ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrində, o cümlədən yol infrastrukturunun sistemli və hərtərəfli inkişaf etdirilməsi istiqamətində də lazımi addımlar atılır. Bəli, ölkə rəhbəri tərəfindən imzalanan sərəncamlar, məhz bu sahənin daha da yeniləşdirilməsi üçün lazımi imkanlar yaradır. Belə bir səbəbdəndir ki, son illər bu sahədə infrastruktur yeniləşmələri özünü daha qabarıq şəkildə göstərir və ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır. Faktdır ki, 9 saylı “Yol-istismar” MMC-nin direktoru Rəşad Kərimovun işgüzar fəaliyyəti səbəbindən, bu gün İsmayıllı rayonunun küçələri, kəndarası yolları əsaslı şəkildə qaydaya salınıb. Bu da turizm rayonu hesab olunan bu rayonun həm yerli sakinlərinin, həm də bu rayona gələn qonaqların rahatlığını təmin edir. Bir sözlə, ölkəmizdə yol infrastrukturunun yenidən qurulması və bərpa olunması istiqamətində görülən işlər, hal-hazırda İsmayıllı rayonunda da uğurla həyata keçirilir. Unutmaq olmaz ki, Rəşad Kərimovun rəhbərliyi ilə yolların müasir standartlar səviyyəsində yenidən qurulması, bu gün yerli iqtisadiyyatın inkişafına da çox böyük təsirini göstərir. O da hər kəsə məlumdur ki, Rəşad Kərimov çevik idarəetmə bacarığına sahib olan vəzifə sahibidir və bu şəxsin sayəsində 9 saylı “Yol-istismar” MMC qısa müddət ərzində çox böyük uğurlara imza atıb. Bir sözlə, bu şəxs çalışdığı rayonda yol infrastrukturuna indiyə kimi əvəzolunmaz yeniliklərini bəxş edib.
Bəli, bu gün də 9 saylı “Yol-istismar” MMC-nin direktoru Rəşad Kərimov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, qəlbən bağlı olduğu xalqına ləyaqətlə xidmətdə görür və o, özünün işgüzarlığı ilə nəinki İsmayıllı rayonunda, hətta ətraf şəhər və rayonlarda da tanınır. Faktdır ki, bu şəxs heç bir təmanna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan daim prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyiə xidmət göstərməyi özü üçün şərəf bilir. Belə bir səbəblər üzündəndir ki, heç bir qüvvə heç zaman bu şəxsi tutduğu yolundan döndərə bilmir. Bəli, o, özünün idealı hesab etdiyi ulu öndər Heydər Əliyev kimi, layiqli və ləyaqətli insanlara hər zaman dəyər verməkdən xüsusi zövq alır. Bütün bunların kökündə, məhz 9 saylı “Yol-istismar” MMC-nin direktorunun xüsusi idarəçilik qabiliyyətinə malik şəxs olmasıdır. Onu da unutmaq olmaz ki, bu şəxs rəhbərlik etdiyi MMC-də hər kəsə qarşı olduqca diqqət və qayğı ilə yanaşır və onun atdığı addımların nəticəsidir ki, hal-hazırda kollektiv üzvlərindən hər birinin dövlətimizə, möhtərəm Prezidentə olan inamı günbəgün artmaqda davam edir. Rəşad Kərimovun şəhid ailələrinə, qazilərə, veteranlara, aztəminatlı ailələrə və digər şəxslərə göstərdiyi diqqət və qayğı da hər zaman qiymətləndirilir. Diqqəti bir məqama da yönəldək ki, Rəşad Kərimov rəhbərlik tərəfindən ona etibar edilən bütün işlərdə hər zaman özünü layiqincə doğruldub və bu şəxsin indiyə kimi atdığı addımlar onu sübut edir ki, 9 saylı “Yol-istismar” MMC-nin işgüzar kollektivi, məhz bundan sonra da onlara göstərilən etimadın məsuliyyətini daha dərindən dərk edib, məhz yeni-yeni uğurlara imza atacaqlar.

Elxan ƏLİYEV
Mədəniyyət