Ərazi bütövlüyümüzü bərpa edən Böyük Sərkərdə!

Ərazi bütövlüyümüzü bərpa edən Böyük Sərkərdə!

Məlum olduğu kimi, 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Xüsusulə qeyd edək ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 19 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində "Mən ona özüm qədər inanıram" sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğrultdu. Yeri gəlmişkən, respublikamızda keçirilən seçkilərdə Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirib, 1993-cü ildən başlayaraq bu günə qədər keçirilən seçkilərdə də ulu öndərin siyasətinə səs verib. 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi dövlət başçısı seçərkən Heydər Əliyev yoluna səs verirdi. 2008, 2013 və 2018-ci illərdə isə xalq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görərək öz taleyini bir daha ona etibar etdi və bu uğurların da əsasında yenə Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanır. Cənab İlham Əliyev 2013-cü ildə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyirdi: "Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.
Prezident İlham Əliyevin idarəçilik prinsiplərinə diqqət yetirərkən görürük ki, o, öz komandasının üzvlərinin arxayınlaşmasına imkan vermir, bütün məmurların qarşısında prinsipial tələblər qoyur: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməli, xalqla bir yerdə olmalı, təvazökar, işgüzar və vətənpərvər olmalı, rüşvət almamalı, özünü xalqdan üstün tutmamalı, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin... Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir...". Ölkə başçısının bu prinsipləri ilk növbədə onun fəaliyyətində öz əksini tapır. Təsadüfi deyildir ki, müxtəlif tədbirlərdə, görüşlərdə o, xalqla canlı ünsiyyət ənənəsi yaradır. Bu isə ona ilk növbədə mövcud problemlərlə vaxtında tanış olmağa, bəzən yerində qərar verməyə imkan verir. Açıqlıq, müsahiblərinə sərbəstlik vermək, səmimi söhbət etmək keyfiyyəti Prezidentin davranışının səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Belə siyasi xadimlər həmişə öz diqqətini cəmiyyətə, xalqa yönəldir.
Qeyd edək ki, ordu quruculuğu ən çox zaman aparan və daha çox diqqət ayrılmasına ehtiyac duyulan və yaradılması son dərəcə mürəkkəb olan bir prosesdir. 2003-cü ildən sonra Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu idi. Həm daxili antimilli qüvvələr, həm də ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində onların ordumuzun inkişafına mane olmaq üçün etdikləri cəhdlərə baxmayaraq, 19 il ərzində dünyanın 50 ən güclü ordusundan biri olan Azərbaycan Ordusu formalaşdırıldı. Məhz bunun nəticəsi idi ki, 2020-ci ildə 44 günlük Zəfər savaşında Müzəffər Ali Baş Komandan dünya hərb tarixinə yenilik gətirdi. İndi Azərbaycanın 44 günlük savaşı dünyanın hətta ən inkişaf etmiş ölkələri tərəfindən öyrənilməkdədir. Azərbaycan bu gün dünyanın ən güclü orduları sırasında yüksək yerlərdən birini tutur. Bütün bunlar Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlik məharəti ilə reallaşa bilib.
Milli maraqlarımızı kəsb edən məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük Zəfər Gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Ən əsası, yeni tarix yazıldı.

İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini

  • Нравится
  • 0
Частый на сайте

alan wake xbox 360
действия
Mədəniyyət