Saray bələdiyyəsində saxtakarlıq

Saray bələdiyyəsində saxtakarlıq
Saray bələdiyyəsində saxtakarlıq

Hörmətli oxucu, əvvəlki saylarımızda Abşeron rayonu Saray qəsəbə sakini Əliyev Təyyar Tofiq oğlunun müraciətinin araşdırması zamanı Saray bələdiyyəsində yol verilən qanun pozuntularından bəhs etmişdik və bununla bağlı araşdırmamızı davam etdirməyə söz vermişdik.
Məlum oldu ki, Təyyar Əliyevə qarşı yol verilmiş qanunnsuzluq hazırda Saray bələdiyysi vəzifəsini icra edən Şahlar Məhərrəmovun yeganə qanunsuz əməli olmamışdır. O, hələ bələdiyyə sədrinin müavini olmaqla bələdiyyənin sədri növbəti məzuniyyətdə olarkən onun vəzifələrini müvəqqəti iсra edən zaman digər sədr müavini Məhi Həsənovla birlikdə Şahlar Məhərrəmova məxsus xidməti maşında (01-AA-131) niva şevrolet maşında Abşeron rayonu, Masazır kəndi S.Vurğun küçəsi ev 25-də yaşıyan Qalib Bədəlovdan 15.000 (on beş min) azn. rüşvət alaraq qəsəbədə Damla Mebel farkinin yaxınlığında olan ərazidən 11 sot torpaq sahəsi verməyi və 3 gün müddətində həmin torpaq sahəsini üzərində Bələdiyyə mülkiyətinin qeydə alınma proseduruna başlanması barədə qərar vermişdir.
Sonra Şahlar Məhərrəmov, Məhi Həsənovla birlikdə torpaqın sənədləşdirilməsi üçün Qalib Bədəlovdan daha 3.500 (üç min beş yüz) azn alaraq üç gün sonra Şahlar Məhərrəmov ona öz imzası ilə torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydə alınması proseduruna başlanması barədə qərar vermişdir. Bundan sonra isə bu 5 il ərzində dəfələrlə Şahlar Məhərrəmova torpağın adına sənədləşdirilməsi üçün bələdiyyənin qərarlarının ona verilməsini xahiş etsə də, Şahlar Məhərrəmov hər dəfə bir bəhanə ilə Qalib Bədəlovu aldatmışdır.
Qalib Bədəlov bununla bağlı Ədliyyə Nazirliyinin Sumqayıt reginonal idarəsinə 10.11.2022-ci il tarixdə müraciət edərək ondan rüşvət almış bələdiyyənin vəzifəli şəxsləri barəsində tədbir görülməsini xahiş etmiş olsada Bədəlovun ərizəsi əsasında heç bir tədbir görülməmişdir və Şahlar Məhərrəmovun izahatı hələ də alınmamışdır.
Hörmətli oxucular məsələni nəzarətimizdə saxlamaqda davam edərək nəticəsi barədə geniş oxuсu kütləmizə məlumat verəсəyik.
Saray bələdiyyəsində saxtakarlıq
Mədəniyyət