LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... - Rəsmən özbaşınalıqdır...

LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... - Rəsmən özbaşınalıqdır...

"18.09.2021 ci il Xocəsən yolunda “ LASSA “ mağazasından 4 ədəd, hər birinin qiyməti 97 manata nəzərdə tutulan, Çin istehsali olan təkər aldım və təkəri alanda mənə dedilər ki "aparın balans edin... vurun, bir problem olsa, gətirib dəyişdirərsiniz". 4 gündən sonra mən həmin təkərləri "balansirovka" elətdirib maşınıma vurdum. 2 ci günü hiss elədim ki maşını sürərkən 120 km/s sürətdən sonra təkər balansa uyğun deyil, maşın əsir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza Əsgərov Yusif Mehralı oğlu adlı vətəndaş şikayətində qeyd edir.

Daha sonra narazı vətəndaş bildirir: "Və həmin mağazaya yaxınlaşdım kı təkərlər balansa uyğun deyil ya dəyişin, ya da başqa təkər verin... Əlavə pul lazimdırsa ödəməyə hazır olduğumu da bildirdim. Onlar dedilər ki, biz bunu edə bilmərik .

Mən baş ofisə getdim, orda da dedim ki təkərlər belədir... Onlar da bunu bildirdilər: "Biz "kitay" təkərlərinə zəmanət vermirik!

Və nə təkərləri dəyişdilər, nə də ki şirkət özü balans edib təkərləri maşınımın üzərinə vura bilmədi. Halbuki əvvəlindən demişdilər ki, problem olarsa, dəyişəcəklər.

Mənə də dedilər ki "əlinnən gələni beş qaba çək, yəni nə edirsən et... bu təkərlərə zəmanət yoxdur, dedilər.

Onda belə çıxır ki, bu təkərləri Bakıya gətirən bu şirkət vətandaşları aldatmaq və cibinə girməklə məşğuldur...

Mən DİA.AZ saytı vasitəsilə İqtisadiyyat Naziri Mikayıl Cabbarov cənablarından kömək istəyirəm. Hər halda, ölkədə istehlakçıların hüquqlarının qorunmasına birbaşa cavabdeh məhz Mikayıl müəllimdir".

Onu da qeyd edək ki, DİA.AZ-ın əməkdaşı şikayətlə əlaqədər həmin şirkətin baş ofisinə zəng edib. Elə əməkdaşımıza da eyni cavab verilib ki, həmin təkərlərə şirkət zəmanət vermir.

Hər halda şikayətçi tərəf ilk başdan şirkətin dəyişdirilmə vədi verdiyini iddia edir.

Bundan əlavə, ölkənin qanunları da BUNU TƏLƏB EDİR Kİ, vətəndaş 14 gün ərzində məmnun qalmadığı məhsulu dəyişdirsin və yaxud da onu almaqdan birdəfəlik imtina etsin.

Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Tale İsmayıl
DİA.AZ
  • Нравится
  • 0
  • Fermin
  • 19-12-2021, 05:36
  • : 05:36
Defrost frozen foods in minutes safely and naturally with our THAW
KING™.

50% OFF for the next 24 Hours ONLY + FREE Worldwide Shipping for
a LIMITED

Buy now: thawking.store

My blog post; Defrost Meat Faster
действия
Mədəniyyət