Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.

Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.
Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.
Şabran rayonunda şəhid adına bulaq kompleksi tikilir.

Şabran rayonun Gəndov kəndində şəhid Salahov Fizuli Süleyman oğlunun adına bulaq kompleksi inşa edilir. Kompleksin inşasına ilin ikinci yarısından etibarən başlanılıb. Artıq iri bulaq kompleksində son tamamlama işləri həyata keçirilir. Abidə kompleksi rəssam- dizayner Seyid Heyran xanımın layihəsi əsasında tikilir. Belə ki, lahiyə şəhid Fizuli Salahovun anası Sevda xanımın arzusu ilə xeyirəçi Heyran xanımın maddi hesabına reallaşdırılır. Abidənin tikintisi şəhidin doğmaları ilə yanaşı, kənd sakinləri tərəfindən də sevinclə qarşılanıb. İlin sonunda abidə kompleksinin açılışı gözlənilir.

Qeyd edək ki, 28 aprel 1978-ci ildə Şabran rayonun Gəndov kəndində anadan olan Fizuli Süleyman oğlu Salahov 2003-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunan Fizuli Salahov prezident İlham Əliyevin cəbhəyə səfəri zamanı “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla da mükafatlandırılıb. 2016-cı ilin aprel döyüşlərində aktiv iştirak edən Fizuli Salahov 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin 23 fevralında ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif olunub. Fizuli Salahov ailəlidir, iki övladı var.

Məlumat üçün bildirək ki, Şabran rayonu Gəndov kəndinin 9 şəhidi var. Fizuli Salahov adına bulaq kompleksinin inşası uğurla başa çatdıqdan sonra digər şəhidlərin də adına xatirə abidə kompleksinin inşası nəzərdə tutulur.
Mədəniyyət