Masallı RTŞ-nin müdirindən nazirə şikayət: "Məktəbdə"açıq bazar" yaradıb"

Masallı RTŞ-nin müdirindən nazirə şikayət: "Məktəbdə"açıq bazar" yaradıb"

Dəfələrlə mətbuatda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətilə bağlı məlumatlar yayılıb.

Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış neqativ hallarından narazılıqlarını ifadə edirlər.

Sözügedən məsələ ilə bağlı Bolgexeber.com-un redaksiyasına növbəti şikayət Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin müəlliməsi Rəcəbli Nilufər Yaşar qızından daxil olub.
Nilufər Rəcəbli saytımız vasitəsilə Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərovun özbaşınalıqları ilə bağlı Təhsil naziri Emin Əmrullayevə müraciət edir.
Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Cənab Nazir,sizə müraciət edərək öz şikayətimi bildirmək istəyirəm.Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov öz vəzifəsindən istifadə edərək Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə dərs bölgüsünü ,dərs satışına çevirərək "açıq bazar" yaratmışdır.
Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə may ayında baş vermiş direktor dəyişikliyindən sonra dayanmadan artan özbaşınalıqlar təsadüfi deyil.Direktor vəzifəsini icra etmək üçün müvəqqəti gələn Vəli Ağayev olsada,heç bir səlahiyyəti olmayan bir direktor kimi fəaliyyət göstərir. Çünki,məlum olduğu kimi təhsil şöbəsinin müdiri Taryel Əkbərov 1 saylı məktəbdə direkorluğuda özü icra edir.Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov təhsil şöbəsində oturmaq yerinə hər gün 1 saylı məktəbə gələrək,müəllimləri təhqir edir,dərs saatlarını kəsir.Faktiki Bakı şəhərində yaşayan müəllimlərin rayon 1 saylı məktəbdə müəllim vəzifəsində adını qeyd edib ən az 18 saat dərs yükü ayırıb,10 ildi məktəbə gəlməyən müəllimə 24 saat ayırıb, orta təhsilli olan,yaxud aldığı diplom təhsilə aid olmayan müəllimləri yuxarı siniflərdə 24-36 saat dərs ayırmaqla qanunsuzluqlara yol vermişdir.Məktəbin ali savadlı,öz ixtisası üzrə dərs deyən müəllimləri isə bu haqsızlıqla öz narazılıqlarını bildirdikdə isə Taryel Əkbərov, "sizi işdən çıxardaram" yaxud da dərs saatlarını qanunsuz kəsərək cavab vermişdir.

Masallı RTŞ-nin müdirindən nazirə şikayət: "Məktəbdə"açıq bazar" yaradıb"

Taryel Əkbərov

Aydın olduğu kimi rayon 1 sayl tam orta məktəbə də bu qədər çox gəlməyi təsadüfi deyil.Heç bir savadı olmayan ,özü heç bir imtahanda iştirak etməyən təhsil rəhbəri Taryel Əkbərov,imtahandan keçən müəllimlərin dərs saatlarını qanunsuz kəsərək sıfıra etdirmişdir.
Öz şəxsi konfliktləri əsasında,dərs saatımı qanunsuz kəsərək mənim rüsumumu azaltmış,kollektiv arasında şəxsiyyətimi alçaltmış,məni imtahandan kəsilən müəllimlərlə bir tutaraq hər kəsin yanında təhqir etmiş,səni bu məktəbdə işləməyə qoymayacam ifadələri işlədərək hər kəsin içərisində şəxsimi təhqir etmişdir.Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetərincə dərs saatı olmasına baxmayaraq,şəxsimə qanun çərçivəsində ayrılan dərsləri əlimdən alaraq,dövlətdən aldığım rüsumumu kəsmişdir.Özünə müraciət etdikdə isə cavabı "Təhsil şöbəsini pulla almışam", "burada mənə heç kim qarışa bilməz" ,"bura mənim şəxsi yerimdir", " heç kimdən qorxmuram, hara şikayət edirsiniz edin" ifadələri ilə olmuşdur. Taryel Əkbərov bu kimi ifadələrlə yanaşı, təhsilə, təlimə yaraşmayan bir çox ifadələrlə biz müəllimləri təhqir edərək,kinayə ilə şəxsimizi təhqir etmişdir.
Mən bu dövlətə,dövlətçilikə,elmə ,təhsilə xidmət edən bir müəllimə olaraq,bilmək istəyriəm ki, dövlət müəssisəsində baş vermiş bu öz başınalıq nə vaxta kimi dəvam edəcək?
Dərslərimizi kəsərək,daha sonra bizə pulla satmağa çalışan bir təhsil rəhbəri,Masallı kimi tərbiyəli,savadlı insanları olan bir rayonda təhsili məhv səviyyəsinə çatdırmışdır.Taryel Əkbərovun devizinə çevrilən " pulumu verib təhsil şöbəsini almışam" ifadəsi,düz deyilsə,əgər həqiqətən də Masallı rayon təhsil şöbəsi, Taryel Əkbərovun dediyi kimi onun şəxsi obyektinə çevrilməyibsə,xahiş edirəm tez bir zamanda şikayətimə baxılsın.Və təhsilə layiq olmayan,məktəbə içkili halda gələn,danışığını,müəllimlərlə rəftarını,şəxsi zəminində istədiyinə dərs yükü azaldıb,istədiyindən dərsləri alıb,öz kefinin istədiyi kimi təhsili məhv edən Taryel Əkbərov kimi insan susdurulsun.İllərdir çalışdığım məktəbdə yenidən haqlarımın bərpa olmasını tələb edirəm.
Hörmətə : Rəcəbli Nilufər Yaşar qızı"
Bolgexeber.com
Mədəniyyət