Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşı, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki, Müstəqil Ekspert Qrupunun rəhbəri professor Qüdrət İsaqov ermənilərə müraciət edib. Q. İsaqov Reyting.az-a təqdim etdiyi mürciətində yazır:
“Müzəffər Prezidentimiz İlham Əliyev uzağı 1 ilə və ya daha yaxın müddətə Xankəndində və Qarabağın ermənilər yaşayan digər ərazilərində Azərbaycan bayrağını qaldıracaq.
Naxçıvan dəhlizi ilə avtomobil və dəmiryolları tez bir zamanda bərpa ediləcək. Bu yol vasitəsilə Naxçıvan Azərbaycana birləşəcək. Naxçıvan Qafqaz regionunun və dünyanın loqistika mərkəzlərindən biri olacaq. Rusiya, bütün Mərkəzi Asiya respublikaları Naxçıvan vasitəsilə Türkiyə, ərəb ölkələri, Avropa ölkələri ilə böyük iqtisadi əlaqələr yaradacaqlar. Öz növbəsində ərəb ölkələri, Türkiyə və Avropa ölkələri Naxçıvan vasitəsilə Azərbaycan və Rusiya ilə böyük iqtisadi əlaqələr quracaqlar.
Bu gün Xankəndində və Qarabağın ermənilər yaşayan digər bölgələrindəki separatçılar və erməni vandalları Türkiyənin Qarabağdakı müşahidə missiyasının təsiri ilə pozuculuq fəaliyyətlərini dayandırıblar. Türkiyənin dronları sutkanın 24 saatı ərzində istər Laçın dəhlizi, istərsə də Qarabağın bütün şəhər və kəndləri üzərində çəkilişlər aparırlar. Onlar silahlı erməni birləşmələrinin bütün hərəkətlərini dəqiq izləyirlər. Pualar silahlıların haradan çıxdıqlarını, hara getdiklərini, harada toplaşdıqlarının canlı filmlərini yaradırlar. Bunu yaxşı bilən ermənilər qorxularından təxribatlar törətməkdən çəkinirlər. Onlar yaxşı bilirlər ki, həmin dronlar və pualar istənilən anda bütün silahlıları 1-2 günə məhv edəcək.
Belə bir vəziyyətdə Azərbaycan Qarabağın erməni vandalları tərəfindən dağıdılan bütün şəhər və kəndlərini müasir məkanlara çevirmək üçün layihələr hazırlayır, beynəlxalq aeroportlar inşa edir. Vandallar anlamırlar ki, onlar nə Rusiyaya, nə də dünyanın heç bir ölkəsinə lazım deyillər.
Bu gün Putinin ağıllı bəyanatları, onun Jirinovskiyə verdiyi ağıllı cavabları göstərir ki, Rusiya Ermənistanı kor-koranə müdafiə etməkdənsə yaranmış situasiyadan özü maksimum dərəcədə faydalanmalıdır. Rusiya özünə yeni müttəfiqlər tapmalıdır. Rusiya anlayır ki, Ermənistan Azərbaycanla müqayisədə dövlət deyil. Bu gün ABŞ-da və Rusiyada yaşayan erməni diaspora təşkilatları da Ermənistanı destruktiv hərəkətlərinə görə müdafiə etmirlər.
Bu gün Ermənistanın qarşısında dövlət kimi mövcud olmaq üçün bircə yolu var. Ermənistandakı bütün vandallar İlham Əliyevin qarşısında baş əyərək səhvlərini və cinayətlərini etiraf etməklə Ermənistan dövlətinin yaşamasına çalışmalıdılar. Bütün digər yollar Ermənistanın məhv olması, əhalisinin acından ölməsi deməkdir.
Bu gün Ermənistan Qarabağdakı bütün silahlı qüvvələrini ləğv edərək, hər yerdə Azərbaycan bayrağını qaldırmalıdır. Yalnız bu halda Ermənistan Naxçıvan avtomobil yolunun və dəmir yolunun inşası prosesinə qoşula, Türkiyə Ermənistanın üzünə bağladığı sərhədləri aça bilər.
Yəni bu gün Ermənistan ölüm və qalım dilemması arasındadır. Ağlı başında olan bütün erməniləri sülhə dəvət edirəm. Azərbaycanla, Türkiyə ilə, Rusiya ilə birgə yollar çəkməyə, logistika mərkəzləri yaratmağa səsləyirəm. Qalan bütün yollar ölüm və qandır. Millətinizə yazığınız gəlsin, ey ermənilər!
Sizi İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəməyə, insan kimi yaşamağa və fəaliyyət göstərməyə çağırıram”.