25 saylı TSEK-də ruhi xəstəni komissiyadan keçirmirlər

25 saylı TSEK-də ruhi xəstəni komissiyadan keçirmirlər


Şaib Mahmudov: «Pul vermədiyimiz üçün Elnarə Paşayeva bizi Maştağaya göndərir» Gəncə şəhər 25 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında (TSEk) bibarıçı vəziyyət yaşanır. Verilən məlumata görə, komissiyanın sədri Elnarə Paşayeva yalnız komissiya gününə qədər onu «görmüş» şəxsləri qeydiyyatdan keçirib, sənəd verir. Digərlərini isə minbir bəhanə ilə yola salmaqla məşğul olur. Bu barədə açıqlama verən Şaib Mahmudov qeyd edir ki, 25 saylı TSEK-in sədri Elnarə Paşayeva onun qardaşı oğlunu da komissiyadan keçirməkdən imtina edib. Onun sözlərinə görə, ruhi xəstə olan qardaşı oğlu Arif Mahmudovu bu gün keçirilən komissiyaya salıb, lakin orada bildiriblər ki, uşağı Maştağadakı Ruhi-Əsəb Dispanserinə aparmalıdırlar. Şaib Mahmudov deyir ki, 25 saylı TSEK-in sədrinin bu hərəkəti tamamlə qanunsuzdur. «Onlar bizdən pul istəyirlər. Bu gün komissiyanın iclasında açıq şəkildə dedim ki, pul vermədiyimiz üçün bizi belə süründürməçiliyə məruz qoymusunuz. Pul verənlərə xəstə olmasalar belə sənəd verirlər. Bizim kimi kasıbları isə qapıdan qovurlar». Gəncə sakini onu da bildirib ki, artıq 4-cü dəfədir komissiyadan keçmək üçün müraciət edirlər. «Lakin hər dəfəsində bir bəhanə gətirirlər. Bu uşaq ruhi xəstədir, buna sənəd vermək niyə çətin olsun ki? Hər şey göz qabağındadır. Bu adamların Allahı yoxdur. Belə zülm edərlər?» Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət