UCAR RAYONUNUN KƏND BƏLƏDIYYƏ SƏDRI CƏFƏROV ASİF`IN “BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLIFƏ” IDDIASI

UCAR RAYONUNUN KƏND BƏLƏDIYYƏ SƏDRI CƏFƏROV ASİF`IN “BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLIFƏ” IDDIASI

Redaksiyamıza 20.10.2020-ci ildə Ucar rayon Küçəkənd sakini Heydərov Ceyhun Bəxtiyar oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Ərizədə bildirilir ki, o, Küçəkənd, Qaracallı və Pirkənd ərazisi üzrə bələdiyyə sədri Cəfərov Asifə müraciət etmişdir. Ondan ötrü ki, onun yaşadığı evin yaxınlığında yerləşən bir neçə hektar torpaq sahəsini otlaq kimi istifadə etmək üçün 99 illik icarəyə götürmək istəyir. Kənd bələdiyyə sədri Cəfərob Asif isə ondan bu iş üçün 4000 (dörd min) azn pul tələb edib. Kənd sakini Heydərov Ceyhun Bəxtiyar oğlu öz qapısındakı 4 iri buynuzlu mal qaranı dəyər dəyməzinə satıb ilkin ödəniş kimi 2900 (iki min doqquz yüz) manatı rüşvət şəklində ona vermişdir. Qalan pulu isə torpaq sənədlərinin hazır oldugundan sonra ona verməyini istəmişdir. Bir müddət sonra kənd sakini xəbər tutmuşdur ki, kənd bələdiyyə sədri pulu mənimsəyib heç bir iş görməmişdir.
UCAR RAYONUNUN KƏND BƏLƏDIYYƏ SƏDRI CƏFƏROV ASİF`IN “BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLIFƏ” IDDIASI

Heydərov Ceyhun redaksiyamıza ərizə ilə müraciət edərək bizdən bu işi araşdırıb işıqlandırmağımızı xahiş etdi. Biz redaksiya heyəti ilə birlikdə 03.11.2020-ci ildə Ucar rayonuna ezam olunduq. Ərizədə yazılanlarla bağlı araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, kənd sakini Heydərov Ceyhun Bəxtiyar oğlu korrupsiya idarəsinə şikayər edərək kənd bələdiyyə sədri Cəfərov Asifə verdiyi 2900 (iki min doqquz yüz) manatı geri almışdır. Bununla bağlı Cəfərov Asif Ceyhuna torpağı sənədləşdirməyə qanun üzrə təmənnasız kömək etməyi söz vermişdir. Bir neçə müddət sonra Asif Cəfərov Ceyhun Heydərovdan ilkin ödəniş kimi 300 (üç yüz) manat almışdır. Və verdiyi sözü tutmamışdır. Sonradan məlum olmuşdur ki, bələdiyyə sədri Asif Cəfərovun sən demə Ucar rayon prokurorluğunda onun barəsində bir neçə şikayət ərizəsi var. Məsələn bunlardan biri Həbibullahov Mərahim Azad oğlu 3500 azn civarında və bi neçə Qarabağ qazisindən rüşvət almışdır.
Şikayətlə bağlı vətəndaşın redaksiyamıza verdiyi video mesahibəni təqdim edirik:

P.S. Sonda qarşı tərəfin münasibətini öyrənmək üçün Asif Cəfərovu telefonla aradıq, o bizə bildirdi ki, "Burda mənəm, Bağdadda kor xəlifə"! Gedin nə bilirsiniz edin! Və dedi ki, bu gün mən cəbhəyə əsgər yola salıram, Ucar rayon hərbi komissarlığındayam. Amma, qəflətən telefon bağlantısı zamanı Asif Cəfərovun danışdığı məkandan hinduşka və qaz səsləri əks səda verdi. )))) Maraqlıdır nə vaxtdan hərbi komissarlıqlarda hinduşka və qaz saxlayırlar?! Belə qənaətə gəldik ki, Asif Cəfərov bizi el dili ilə desək "yola verdi".

Mədəniyyət