Mikayıl Cabbarov, rüşvət və korrupsiya ilə belə mübarizə aparırsınız?

Mikayıl Cabbarov, rüşvət və korrupsiya ilə belə mübarizə aparırsınız?


275 nömrəli orta məktəbdə baş alıb gedən özbaşınalıqlara Təhsil Nazirliyi tərəfindən niyə münasibət bildirilmir? Direktor Elmira İsmayılova nazirin təhsillə bağlı apardığı islahatları birbaşa kölgə altına salır Təhsil naziri Mikayıl Cabbarov keçən il dərs ili başlamazdan öncə məktəb direktorlarına qanunsuz pul yığımları ilə bağlı ciddi göstəriş vermişdi. Nazirin ünvanlandığı xəbərdarlıqda qeyd edilib ki, rüşvət alan müəllimlər, eləcə də məktəb direktorları dərhal işdən azad ediləcək, onlar barəsində qanunvericiliyin tələbinə uyğun olaraq ciddi addımlar atılacaq. Mikayıl Cabbarov çıxışında deyilənləri təsdiq edərək bir daha təhsil müəssisələrinin rəhbərlərinə “rüşvətə son qoyun” deyə xəbərdarlıq edib. Nazir çıxışı zamanı diqqətə çatdırdı ki, məktəblərdə hər hansı bir rüşvət halı aşkarlanarsa, direktorlar cəzalandırılacaq və işdən kənarlaşdırılacaq. M.Cabbarov direktorlara xatırladıb ki, bu günə kimi bir neçə rayonun təhsil şöbələrinin müdirləri məhz işdə verdikləri nöqsanlara görə işdən kənarlaşdırılıblar. Nazir deyib ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu mənfi mühiti formalaşdıran amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir. O, bu sahədə görülən işlərdən danışaraq hələ də əldə edilən irəliləyişin onu qane etmədiyini diqqətə çatdırıb: «Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir. Mən məktəb, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha fəal, prinsipial olmağa çağırıram». Mikayıl müəllimin bu tip xəbərdarlıqlarına baxmayaraq, bəzi təhsil müəssisələrində, xüsusilə də orta məktəblərdə vəziyyət düzəlmək bilmir ki, bilmir. Həmin təhsil ocaqlarından biri də Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdir. Gundelik-baku.com olaraq bu orta məktəbdə mövcud olan problemlər, dövlət bayrağımıza olunan hörmətsizlik və pul yığımları barədə məlumat vermişdik. Qeyd etmişdik ki, məktəbin direktoru Elmira İsmayılova ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir və bu səbəbdən məktəbdə təhsilin səviyyəsi ürəkaçan deyil. Yazılan tənqidlərə baxmayaraq, 275 nömrəli tam orta məktəbdə vəziyyət hələ də gərgin olaraq qalır. Məlumat üçün demək istəyirik ki, təhsil ocağını bazarla səhv salan Elmira İsmayılova 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Unverstitetinin filologiya fakultəsini bitirib. Həmin ildən Mingəçevir şəhərində ixtisası üzrə müəllimlik fəaliyətinə başlayıb. 1995-ci ildə Mingəçevir Şəhər Təhsil Şöbəsinin Metodkabinetinə direktor vəzifəsinə təyin edilib. 1999-cu ildə Bakı şəhərinə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2000-ci ildə Səbael RTŞ-də inspektor işləyib. 2001-2006-cı illərdə Səbael RTŞ Metodiki kabinetinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə RTŞ-lərin ləğv edilməsi ilə əlaqədar yeni yaradılan Bakı Şəhəri üzrə Təhsil İdarəsində Metodik Mərkəzin Nəsimi-Binəqədi metodbölməsinin müdiri vəzifəsinə təyin edilib. O, 2012-ci ilədək bu vəzifədə çalışıb və həmin ildən Ələkbər Eyvazov adına 275 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləyir. Məktəbdəki mənbələrin gundelik-baku.com-a bildirdiyinə görə, Elmira xanım direktor təyin olunandan sonra burda təhsilin keyfiyyəti aşağı düşməyə başlayıb: «2012-ci ildən indiyə qədər 275 nömrəli orta məktəbdə problemlər səngimək bilmir. Misir Mərdanov nazir işləyərkən direktorla bağlı Təhsil Nazirliyinə çoxsaylı şikayətlər göndərilirdi. Amma məktəb rəhbəri hansısa yollara baş vurmaqla mövcud təhlükələrdən özünü qorumağı bacarırdı. Yeni nazir təyin olunandan sonra da direktorun fəaliyyəti ilə bağlı şikayətlər səngiməyib. Elmira İsmayılovanın təşkilatçılıq və idarəçilik qabiliyyəti zəifdir. Direktor sırf öz maraqları üçün çalışır. Məktəbdə barmaqla sayılası qədər müəllim ola bilər ki, direktorun fəaliyyətindən razı olsun. 214 müəllimin əksəriyyəti onun işindən narazıdır. Əslində səbəbsiz də deyillər. Çünki direktor hər ay müəllimlərin maaşından öz xeyrini gözləyir. Bundan başqa, övladı ibtidai sinifdə oxuyan valideynlər hər ay 20 manatdan yığıb direktora verirlər. Əks təqdirdə məktəb rəhbəri onların uşaqlarını incidir. Ümumiyyətlə, 275 nömrəli orta məktəbdə müxtəlif adlarla pul yığımları həyata keçirilir ki, bunu məktəbdə bilməyən yoxdur». Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb. Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılır. Bu sahədə şəffaflığın təmin olunması məqsədilə elektronlaşdırma həyata keçirilsə də, 275 nömrəli orta məktəbin direktoru bəzi vasitələrlə övladı 1-ci sinifə gedən valideynlərdən nəysə tələb edirlər. Valideyn övladının gələcək təhsilini nəzərə alaraq direktorun istədiyini verirlər. Hələ bu da hamısı deyil. Növbəti yazımızda Elmira İsmayılovanın imza atdığı qanunsuzluqları konkret faktlarla diqqətinizə çatdıracağıq. Bizi izləməyə davam edin. Hesab edirik ki, Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən 275 nömrəli orta məktəbdə dərhal yoxlamalara başlanılmalı və direktorun fəaliyyəti dərindən araşdırılmalıdır. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Gundelik-baku.com

pressdent.az
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət