Seymur Bayramov -İnsanların etibar edə biləcəyi həkim-oftolmoloq

  • 27.05.2020, 09:51,
  • Gündəm
  • Baxılıb: 958
Seymur Bayramov -İnsanların etibar edə biləcəyi həkim-oftolmoloq


Hazırda Azərbaycanın bir çox bölgəsindən gələn vətəndaşlarla çalışan Dr. Seymur Bayramov indiyədək minlərlə pulsuz əməliyyatlar edərək, insanların rahat görməsinə və işığa qovuşmasına şərait yaratmışdır.
Müxtəlif fondlarla mütəmadi əməkdaşlıq edən oftalmoloq onların göndərdiyi yaşlı insanlar və kimsəsizlərə pulsuz tibbi yardım göstərir və əməliyyatlar həyata keçirir. Görmə zəifliyi yüksək olan insanların əməliyyatdan sonra onların sevinc göz yaşlarını görmək heç bir maddiyatla ölçülə bilməz. Bu duyğunun izahı yoxdur”, - deyə, Bayramov bildirir.
Həkim – oftolmoloq Seymur həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Seymur Bayramovun məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
Seymur Bayramov -İnsanların etibar edə biləcəyi həkim-oftolmoloq

Məmmədovlar ailəsi olaraq Lanset Cərrahiyyə Klinikasının kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Lanset Klinikasının Oftolmologiya şöbəsi”nə gətirdik. Seymur həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
Biz xüsusilə Lanset Cərrahiyyə Klinikasının həkim - oftolmoloqu Dr.Seymur Bayramova və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik.
Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Seymur həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.
Gəlişiylə qəlbə ümid gətirən,
Ağrıları pərən salar, itirən,
İstəkləri bir-birinə yetirən,
Şirin arzu karvanıdı həkimlər!
Acı dərman bala dönər əlində,
Adi söz də çiçəkləyər dilində,
Hörməti var Azərbaycan elində,
Hər bir evin doğmasıdı həkimlər!

Instagram . dr_seymur_bayramov
Oftalmoloq, Göz cərrahı "Lanset Cərrahlıq klinikasi"
ASCRS üzvü (American Society of Cataract and Refractive Surgery)
Mob: 0557713305
Mədəniyyət