Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır

  • 15-03-2019, 12:20
  • tehsil
  • 136
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır
Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.
Ümummilli liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz dili ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”.

Bəli, danılmaz həqiqətdir ki, müəllim peşəsi şərəfli və çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosional qabiliyyətlər mühüm yer tutur.

Gəncə Dövlət Universitetində Şahin Xurşudov o, müəllimlərdəndir ki, onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunədir. Onun öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqaları üçün xüsusi bir örnəkdir. Şahin müəllim səbirlidir, hislərini cilovlamağı bacarır. Ciddilik və mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırır. Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirəlayiq bir hərəkətdir.
Universitetin tələbələri Şahin Xurşudov haqqında belə fikirdədir:

Şahin müəllim Universitetdə gözəl nizam -intizam yaratmış və tələbələrə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki, əsl vəzifə borcunu vicdanla yerinə yetirən, vətənpərvər, Şahin müəllim kimi müəllimimiz var”.

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru , Tərəqqi medallı Şahin Nadir oğlu Xurşudov sözün əsil mənasında söz şərəfli peşəsinin mütəxəsisini yetişdirən təhsil müəssisələrindəndir.
Biz də Pressdent.az olaraq Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şahin Nadir oğlu Xurşudova və bütün pedoqoji kollektivə çətin və şərəfli peşələrində nailiyyətlər arzulayır, qarşıdan gələn Mübarək Novruz bayramı münasibətilə təbrik edirik.

Fuad Əliyev
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət