Azərbaycan səhiyyəsinin kabusu

Azərbaycan səhiyyəsinin kabusu


Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşovun fəaliyyəti ciddi narazılıq doğurur Nə qədər acı da olsa etiraf etməliyik ki, bu gün Azərbaycanın səhiyyə sistemində mövcud vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, dövlət büdcəsindən maliyyələşən xəstəxanaların bir çoxunda vətəndaşlar incidilir, onlardan pul tələb olunur və vətəndaşlara düzgün diaqnoz qoyulmur. Təbii ki, bu cür hallar insanların səhiyyə sisteminə olan inamını azaldır. Qeyd edək ki, son 15 il ərzində ölkəmizdə səhiyyə sahəsinə milyardlarla vəsait ayrılıb. Yeni səhiyyə müəssisələri tikilib, köhnə xəstəxana binaları əsaslı şəkildə təmir edilərək vətəndaşların ixtiyarına verilib. Təəssüflər olsun ki, dövlət bu sahəyə qayğını artırdıqca problemlərin də sayı artır. Daha doğrusu, bəzi şəxslər üzərlərinə düşən işləri lazımi səviyyədə həyata keçirə bilmədikləri üçün xoşagəlməz durum yaranır. Gundelik-baku.com-a Respublika Neyrocərrahiyyə Xəstəxanasında hökm sürən özbaşınalıqlar və baş həkim Kabus Dadaşovun dözülməz şərait yaratması haqda məlumatlar daxil olub. Həmin məlumatlara keçməmişdən öncə vurğulayaq ki, bu xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağından ibarətdir. 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Buna baxmayaraq, baş həkim Kabus Dadaşovun fəaliyyətindəki boşluqlar xəstəxananın tam potensialı ilə işləməsinə şərait yaratmır. Xəstəxanaya müraciət edən vətəndaşlar burada müayinə və müalicənin hədsiz baha olmasından şikayətlənirlər. Əldə etdiyimiz məlumatlara görə, burda qanın ümumi analizinə görə vətəndaşlardan 15 manat istəyirlər. Tomoqrafiya üçün isə 80-100 manat ödənməlidir: «Həkimin istədiyi pulu verməsən, müayinə üçün aylarla xəstəxananın yolunda qalmalı olarsan. Qiymətdən şikayətlənsən, həkim siyahısında 50-ci, 100-cü xəstənin olduğunu deyib səni başından edəcək. Bu səbəbdən məcbursan ki, istədikləri pulu verəsən. MRT müayinəsi üçün 150 manat pul istəyirlər. Pulu verməyəndə, siyahını əsas gətirirlər və probleminlə maraqlanmırlar. Təkcə onurğa yırtığının əməliyyatı vətəndaşa 1000 manata başa gəlir. Qəbul otağının qarşısından Səhiyyə Nazirliyinin 2005-ci il tarixli 141 saylı qərarı asılıb. Respublika əhalisinə səmərəli tibbi yardımın təşkili ilə bağlı qərarda dövlət tibb müəssisələrində müayinə və müalicələrin pulsuz olduğu yazılıb, həmçinin 60 adda dərman preparatının, 23 adda isə tibbi ləvazimat və köməkçi materialların əhaliyə pulsuz verilməli olduğu qeyd edilib. Amma bu qərara əməl edən yoxdur. Xəstələr burada müayinə aparatlarına pul ödəmədən tibbi yardım ala bilmirlər. Baş həkim elə «qayda» qoyub ki, pul verməsən üzünə belə baxmırlar. Xəstəxanada əsl alver gedir. Xəstəxananın giriş qapısında dərman firması işçilərinə xəbərdarlıq yazılsa da, onlar da həkimlərlə sövdələşmə aparırlar». Bu arada, qeyd edək ki, Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında adlı hesabat sənədində xəstəxana ilə bağlı ilginc faktlar qeyd olunub. Belə ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə riyaət edilməməsi halları müəyyən olunub. Ümumiyyətlə əmək haqqının ödənilməsi ilə bağlı xərclərin auditlə əhatə olunmuş dövrdə səhiyyə müəssisəsinin cəmi xərclərinin 61,7%-ni təşkil edib. Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur. İddialara görə, baş həkim bəzi yollara baş vuraraq Hesablama Palatasının açıqladığı faktları ört-basdır etməyə nail olub. Biz isə çox istərdik ki, səhiyyə naziri Oqtay Şirəliyev şəxsən özü vaxt ayırıb Kabus Dadaşovun rəhbərlik etdiyi xəstəxanadan yolunu salsın. İnanırıq ki, nazir xəstəxananın və baş həkimin fəaliyyətini özü yoxlasa, təcili tədbirlər görəcək. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. Gundelik-baku.com
Azərbaycan səhiyyəsinin kabusu

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət