Həbsxanada qiyam çıxdı, 34 məhkum qaçdı

  • 12.05.2019, 10:00,
  • Dünya
  • Baxılıb: 228
Həbsxanada qiyam çıxdı, 34 məhkum qaçdı


İndoneziyanın Siak-Sri-İndrapura şəhərində azı 34 məhkum həbsxanadan qaçıb.

“Qafqazinfo” xəbər verir, həbsxanada baş verən qiyamdan sonra məhbusların qaçışı baş tutub.

Qarşıdurma polisin həbsxanada narkotik istifadə edən məhbuslardan birini saxlamasından sonra başlayıb. Cavabında onlar binada yanğın çıxarıblar və təhlükəsizlik xidməti əməkdaşlarına daşlar tullayıblar.

Yanğınsöndürənlər alovun qarşısını alıblar və məhkumları evakuasiya ediblər.

Polis qaçanların axtarışını davam etdirir
Mədəniyyət