KİV: Ağır xəstəliyə düçar olan Ancelina Coli vəsiyyət yazdı

  • 26-04-2019, 14:30
  • sou
  • 106
KİV: Ağır xəstəliyə düçar olan Ancelina Coli vəsiyyət yazdı
Hollivudun məşhur aktrisası Ancelina Colinin vəsiyyət yazdığı ortaya çıxıb.

Oxu.Az radaronline.com-a istinadən xəbər verir ki, Colinin son günlər daha bir xəstəliyi tutulduğu üzə çıxıb. Bu səbəbə görə, Coli arıqlayaraq, 42 kiloqram çəkiyə düşüb.

Hətta, Ancelina vəsiyyətnamə də yazıb. Onun var-dövlətinin çox hissəsini 17 yaşlı oğlu Meddoksa vəsiyyət etdiyi deyilir. Coli Meddoksu Pittlə yenicə görüşməyə başladığı zaman övladlığa götürmüşdü. Daha sonra Bred də rəsmən onu övladı kimi qəbul edib.

“Boşanma zamanı Meddoks anasının tərəfini tutaraq onunla qalmaq istəyib”,- deyə mənbə yazıb. Digər övladlarının Ancelinadan nəsə alacağı haqda hələ məlumat yoxdur. Ancelinanın yerdə qalan var-dövlətini digər uşaqları arasında bölüşdürəcəyi söylənilir.

Ancelina Coli heç vaxt doğma uşaqları ilə övladlığa götürdüklərini ayırmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşandıqlarını bəyan ediblər.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət