Azərbaycanda işsizlərə ŞAD XƏBƏR

Azərbaycanda işsizlərə ŞAD XƏBƏR
Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.
Yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, yarmarka "Gənclərin həmrəyliyinə dəstək” İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:

"Yarmarka gənclər arasında böyük marağa səbəb olub. Bu cür tədbirlər keçirməklə gənclərə işədüzəlmə ilıə bağlı onları maraqlandıran məlumatlar təqdim olunur”. S.Babayeva bildirib ki, yarmarka Azərbaycanda biznes mühitinin yaxşılaşmasında turizm sahəsinin rolunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, əmək yarmarkası aprelin 12-13-də "Aqro Mall” ticarət mərkəzində keçirilib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət