"Özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən?" - NİİM-ə müraciət » Pressdent.az

"Özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən?" - NİİM-ə müraciət

  • 23-05-2018, 15:00
  • sosial
  • 132
"Özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən?" - NİİM-ə müraciət

















Moderator.az Bakı şəhər sakini, psixoloq Paşa Yaqubun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ünvanladığı məktubunu təqdim edir:

"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə

Açıq məktub

Dünən işdən sonra iki nəfər qonağımla birlikdə Binə ticarət mərkəzinə getməli oldum. Mətbuat prospektində, nəşriyyatın qarşısındakı dayanacaqda dayanıb, 206 saylı marşurutu gözlədik. Onu da qeyd edim ki, bu marşurutun başlanğıcı EA metrostansiyasının qarşısındadır. Cəmi bir dayanacaq sonra dayanmağımıza baxmayaraq, avtobus gəlib çıxmaq bilmirdi. Yarım saatdan çox gözlədikdən sonra, nəhayət, sınıq şüşələrinə 206 yazılmış, “cındırından cin hürkən” 14 – BD - 090 nömrəli avtobus yanımızda dayandı. Avtobusun pilləkənlərindən aslı qalan gənclər hörmət əlaməti olaraq, düşüb, bizim minməyimizə şərait yaratdılar. Kiçik tutumlu bu avtobusda (əgər buna avtobus demək mümkündürsə) ayaq basmağa yer yox idi; sərnişinlər preslənmiş halda durmuşdular. Yanımdakı qonaqlarımdan biri: “Bir saata yaxındır bunumu gözləyirdik” – deyəndə, düzü xəcalət çəkdim. Doğrusu, avtobusun belə yararsız vəziyyətdə və basa-bas olacağını gözləmirdim. Ancaq, gec idi. Sürücüyə iradımı bildirəndə ki, niyə bu qədər gecikmə ilə gəlirsən, üstümə elə çımxırdı ki, bayaqkından da betər xəcalət çəkdim. Dedi biz belə gəlirik, xoşun gəlmir, taksiylə get. Deyəndə ki, şikayət edəcəm, sürücü yaşına-başına yaraşmayan şəkildə: “Şikayət etməyən filan-filan olsun, get kimə istəyirsən de; mənim kefim belə istəyir, belə gəlirəm”. Artıq başa düşdüm ki, bu anlamaza nəsə deməyin heç bir faydası yoxdur; bunda nə danışıq mədəniyyəti var, nə də məsuliyyət hissi. Ona görə də onun səviyyəsinə enmək istəmədim.

Odur ki, buradan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə üzümü tuturam: xahiş edirəm 206 saylı marşurutda işləyən avtobus şirkətinin rəhbərindən soruşasınız ki, sən özün sərnişin olsan, belə “cındırından cin hürkən” avtobusa və belə basabasa minərsənmi (üstəlik, elementar danışıq mədəniyyəti olmayan bir sürücünün idarə etdiyi avtobusa)? Elə isə, özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən? Axı marşurut avtobuslarından tək yerli camaat deyil, həm də şəhərimizə gələn turistlər istifadə edirlər.

NİİM əməkdaşlarından xahiş edirəm gedib sözü gedən marşurutda xəttə buraxılan avtobuslara və onları idarə edən sürücülərə (konkret olaraq, 14 - BD - 090 nömrəli avtobusun sürücüsünə) baxsınlar. Sir-sifətini tük basmış və kirli paltarı iy verib iylənən bu sürücüləri və onların idarə etdikləri sınıq-salxaq avtobusları görən hansı turist, gedib öz ölkəsində xalqımız haqda müsbət fikir söyləyər?
Əcnəbilərin “seyrə balonla çıxdıqları” bir dövrdə belə avtobuslarda gedən xalq haqda sizcə nə düşünərlər?

Paşa Yaqub,
Psixoloq, Bakı şəhər sakini"
Oxşar xəbərlər
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Yusif balanın 2 yaşını babası Əhliman,Həmzə,nənəsi Nərminə xanım, atası Ceyhun,anası Aysel,əmiləri,dayıları təbrik edirlər.Bu Читать далее
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Mədinə balamızı 2 yaşı tamam olması münasibətilə babası Arif,nənəsi Gülbəniz xanım, anası Aytən xanim, dayları Читать далее
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da narazılıq yaradır. Bu barədə müraciət edən rayonun Alpout kənd Читать далее
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə Читать далее
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət