Главная > siyaset > Mehriban Əliyeva: Bir daşa da ziyan dəyməməlidir - VİDEO

Mehriban Əliyeva: Bir daşa da ziyan dəyməməlidir - VİDEO


27-04-2019, 11:28. Разместил: fuad
Mehriban Əliyeva: Bir daşa da ziyan dəyməməlidir - VİDEO
İçərişəhər Azərbaycan üçün, bütün vətəndaşlarımız üçün çox doğma və əzizdir. Doğma Bakımızın ürəyidr və doğurdan da çox tarixi-mədəni abidədir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruq İdarəsində aparılan işlərlə tanışlıq zamanı bildirib.

M. Əliyeva İçərişəhərin UNESCO-nun qara siyahısına salındığı vaxtları xatırladığını qeyd edib:

“Çünki, burda bərpa işləri aparılmırdı, qanunlara zidd hərəkətlər olurdu. O zaman məhz prezidentin göstərişi ilə İçərişəhərdə bir çox bərpa, yenidənqurma işləri aparıldı. İçərişəhərin sakinləri, sahibkarların məramlarını nəzərə alaraq, İçərişəhərin hər bir binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı”.

Birinci vitse-prezident həmçinin son günlər sosial şəbəkələrdə İçərişəhərin Qala divarları ilə bağlı yayılan əsassız məlumatlarla bağlı da danışıb:

“Təbii ki, qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç bir zaman vurulmayacaq.

Sosial şəbəkələrdə, informasiya məklanlarında yayılan yalanlar böhtanlar, qarayaxma kampaniyası törədən insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi demək istəyirəm ki, hər bir insan öz vicdanı və Allah qarşısında cavab verəcək.

Mən əminəm ki, bu pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı əməl əldə etmək mümkün deyil. Yalnız və yalnız xoş niyyət, mərhəmət, vətənimizə, vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə sevgi ilə. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir. Ona görə mən bu gün şəxsən bura gəldim”.

M. Əliyeva son günlər İçərişəhər ətrafında cərəyan edən hadisələrdən məlumatlı olduğunu bildirib:

“Bu hadisələrin gedişi haqqında məlumat var idi. Amma yenə də mən sahibkarlarla görüşmək və yeni heç bir inşaatın olmadığına əmin olmaq istəyirdim. Burda olan tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur, əslində görülən işlər onların qorunmasına yönəlib. Burda aşkar olunmuş tarixi abidəmiz - hamam bərpa olunur”,- deyə Mehriban Əliyeva bildirib.

“Onu da qeyd etmək istəyirəm ki, son illər İçərişəhərdə qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə olan aparıcı ekspertlər cəlb olunub və bu da çox gözəl haldır.

Birincisi biz içərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqlarını, eyni zamanda sahibkarların maraqlarını nəzərə almalıyıq. Mən əminəm ki, bura onlar üçün də doğma, əziz, bizim ən vacib tarixi abidələrimizdən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız”.

Birinci vitse-prezident həmçinin bəzi iradlarını da diqqətə çatdırıb:

“Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək.

İçərişəhərdə hansı bir hadisə, hər hansı bir təmir işləri nəzərdə tutulubsa, bu işləri başlamazdan əvvəl biz ictimaiyyəti geniş şəkildə məlumatlandırmalıyıq. O zaman biz belə halların qarşısını alarıq. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olmuşdu, çünki 54-cü ildə dağılmış divarın rəsmlərini qəsdən, indi qoyub və bugünkü hal kimi təqdim etmək - mən yenə də deyirəm, mən o insanlar haqqında danlışmaq istəmirəm.

Lakin digər narahat olan insanları çox yaxşı başa düşürəm. Belə hallarla, yalanlarla üzləşməmək üçün biz gərək özümüz bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. İşlər başlamamışdan əvvəl - belə işlər görülməlidir, niyə görülməlidir, necə görülməlidir. O zaman hər şey də yaxşı olacaq. Ona görə də, bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir, İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir. Biz onu qoruyub saxlayacağıq və eyni şəkildə gələcək nəsillərə təhvil verəcəyik”.


Вернуться назад