Marsda zəlzələ baş verib

  • 23.04.2019, 23:58,
  • Dünya
  • Baxılıb: 274
Marsda zəlzələ baş verib



Fransanın ABŞ-a məxsus "InSight" enmə aparatındakı SEIS seysmometri dünyada ilk dəfə olaraq Mars planetində zəlzələ qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın CNES kosmik agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 6-da seysmometr Amerikanın pilotlaşdırılmış "Apollo" kosmik gəmilərinin uçuşları zamanı Ayda baş vermiş zəlzələlələrə oxşar siqnal qeydə alıb.
Mədəniyyət