Səhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi

  • 27.04.2019, 18:21,
  • Gündəm
  • Baxılıb: 239
Səhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi



Səhiyyə Nazirliyi Bakıda - Respublika Uşaq Klinik Xəstəxanasında 3 aylıq uşağın səhv qan qrupunun orqanizmə köçürülməsi səbəbindən dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatı araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Əsgərzadə Mədinə Orxan qızı 28.03.2019-cu il tarixdə saat 14.10-da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırlığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Uşaq xəstəxanaya daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (imumi kliniki, biokimyəvi, serroloji).

Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə "Fetal hepatit, immun hemolotik anemiya" diaqnozu qoyulub.

Nazirlikdən bildirilib ki, xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi:

"Valideyn heç bir sənəd təqdim etmədən, şifahi olaraq bildirdi ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu demişdilər. Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olundu. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürüldü. 4 dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb-nin səviyyəsi qalxmırdı. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədardır. Tibbi protokollara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin 04.04.2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə alındı"
Mədəniyyət