Osteoartroz-dayaq hərəkət sisteminin ən çox rast gəlinən xəstəliyidir.

Osteoartroz-dayaq hərəkət sisteminin ən çox rast gəlinən xəstəliyidir.

O.A-xroniki proqressivləşən oynaq qığırdağanın dağılması ilə müşahidə olunan xəstəlikdir.O.A-da həmçinin oynağın digər komponentləri də (subxondral sümük,sinovial qişa,bağlar, oynaq kapsulu,periartikulyar əzələlər) zədələnir.O.A-pasientlər arasında daha çox duzlaşma kimi tanınır.
O.A-un növləri-Artroz 1-cili və 2-cili olur.Ümumən desək artroz dedikdə onurğanın faset oynaqlarından tutmuş barmaq falanqaarası oynaqlarınında bu xəstəliyə məruz qalması mümkündür.(tək bud-çanaq və diz oynağı deyil)
1-cili Artroz idiopatikdir, konkret hər hansı bir səbəb tapmaq olmur.
1.Lokal olur
2.Diz oynağı
3.Bud-çanaq oynağı
4.Onurğada faset oynaqları
5.Generalizə olunmuş (3 və daha çox oynaq eyni zamanda prosesə cəlb olunur)
6.Bilək oynaqları,bir də 1ci əl barmaq əsas falanqa-bilək oynağı bunlara atipik formada deyilir ki 2cili artrozdan bununla fərqlənir.(sonuncuda istənilən oynaq zədələnə bilər)
2cili-Artroz xarici və daxili faktorların təsirindən baş verir.
Daxili faktorlara-yaş, cins (qadın),skeletin inkişaf defekti irsi meyllilik.
Xarici faktorlara-travma, artıq çəki,profisional idmanda hədsiz yüklənmələr.
O.A-un səbəbləri
1.Travma
2.Bud-çanaq oynağının anadangəlmə displaziyası
3.Yastı pəncəlilik, onurğa problemləri
4.Metobolik pozulmalar
5.Endokrin pozulmalar
6.Revmatik iltihabi xəstəliklər
O.A-un Simptomları-Oynaqda ağrı, hərəkət məhdudluğu,oynaq daxili xırçıltı.
Ağrı adətən fiziki gərginlik zamanı yəni oturaq vəziyyətdən qalxdıqda, gəzəndə, qaçanda, pilləkənləri qalxıb-enəndə yaranır və sakitlik dövründə keçib gedir.Oynaqda deformasiya artdıqca oynaqda ankiloz(hərəkətsizlik) yaranır.
O.A-un diaqnostikası
-MRT
-Rentgenoqrafiya
-Laborator müayinələr
O.A-un müalicəsi
-Homeosiniatriya
-Osteopatiya
-Fizioterapiya
-Reablitasiya
-PRP(plazma)

Məmmədov Müşfiq
Terapevt - Osteopat
Mədəniyyət