Böyük Türk Dünyasına bəxş etdiyi Dəyərli Ziyalımız, sözün əsl mənasında Xeyirxahlıq simvolu olan Böyük İnsan Tanınmış pedaqoq, təcrübəli müəllim çox hörmətli İmamverdi Qurbanov!

Böyük Türk Dünyasına bəxş etdiyi  Dəyərli Ziyalımız, sözün əsl mənasında Xeyirxahlıq simvolu olan Böyük İnsan Tanınmış pedaqoq, təcrübəli müəllim çox hörmətli İmamverdi Qurbanov!



Sizi ad gününüz və eyni zamanda 60 illik yubileyiniz münasibətilə başda 70 nömrəli məktəb-liseyin direktoru Nazim müəllim olmaqla, bütün pedaqoji kollektivin adından ürəkdən və səmimi qəlbdən təbrik edirik! Bizimlə 16 illik pedaqoji fəaliyyətiniz nəinki müəllim kollektivinin, eləcə də şagird və valideynlər arasında böyük hörmət və nüfuza malikdir. Bu hörmət sizin əməksevərliyiniz, çalışqanlığınız və çox dərin bir bilgiyə sahib olmanızdan irəli gəlir. Sizə can sağlığı, uzun ömür və pedaqoji fəaliyyətinizdə sonsuz uğurlar arzulayırıq.
Hörmətlə; 70 № məktəb-liseyin kollektivi
Biz də Pressdent.az Yaradıcı Heyəti adından hörmətli İmamverdi Qurbanovun səmimi təbrikinə və xoş arzularına qoşularaq, dəyərli ziyalımız, elimizin-obamızın fəxri, böyük həvəs və sonsuz bir sevgi ilə şagirdlərinə elmi biliklərin sirlərini öyrədən çox hörmətli İmamverdi müəllimi ad günü münasibətilə ürəkdən təbrik edirik. Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət