Tramp “Hollywood”u irqçilikdə ittiham etdi

Tramp “Hollywood”u irqçilikdə ittiham etdi

Ağ Evdə ABŞ-dakı irqçilik problemindən danışan ABŞ prezidenti Donald Tramp “Hollivud”u tənqid edib.
CNN-ə istinadən verilən xəbərə görə, “Hollivud”da istehsal olunan filmləri hədəf alan prezident deyib ki, burada istehsal edilən çox sayda film ölkəsi üçün həqiqətən təhlükəlidir: “Hollivud”un gördüyü işlər ölkəmizə böyük ziyan vurur. “Hollivud” həqiqətən ziyanlıdır. Siz irqçilikdən danışırsınız, əsl irqçi isə “Hollywood”dur".
Bəyanatlarında hər hansı bir filmi və ya aktyoru xüsusi olaraq hədəfə almayan Trump ona qarşı edilən "irqçi" ittihamlarını qəbul etmədiyini vurğulayıb.
Qeyd edək ki, prezident seçilməmişdən əvvəl uzun illər televiziya proqramlarında iştirak edən Tramp son günlər bir sıra “Hollywood” ulduzları tərəfindən tənqid edilərək, irqçilikdə ittiham olunur.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət