ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb

ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb
ABŞ-ın Rusiyadakı səfirliyinin müşavir-elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Moskvada razılaşdırılmamış aksiyalar barədə yazısı ilə bağlı diplomata təqdimat verilib.

Bundan əvvəl Rusiya səfirliyinin saytında və Dövlət Departamentinin Konsulluq məsələləri üzrə idarəsinin rəsmi “Twitter” səhifəsində avqustun 3-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin sxemi yerləşdirilib və yürüşdə iştirakdan çəkinmək məsləhət görülüb.

XİN bunu aksiya iştirakçılarının lehinə təşviqat və Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ABŞ və Almaniya hökumətlərini diplomatlarının Rusiyanın daxili işlərinə qarışması ilə bağlı məlumatlandıracaq.

Qeyd edək ki, iyulun 14, 27-də və avqustun 3-də Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyalar keçirilib. Nəticədə 1700 şəxs saxlanılıb.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət