Esper: "Şimali Koreya ilə dialoqun bərpa olunmasını gözləyirik"

Esper: "Şimali Koreya ilə dialoqun bərpa olunmasını gözləyirik"
“ABŞ Şimali Koreya ilə dialoqun yaxın zamanda bərpa olunmasını gözləyir”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper Cənubi Koreya Prezidenti Mun Çje İnlə görüş zamanı deyib.

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Pxanmuncomda baş tutan görüşü tarixi hadisə adlandıran Müdafiə naziri bildirib ki, yaxın zamanda iki ölkə arasında dialoqun bərpa edilməsini gözləyirlər.

Mun Çje İn bildirib ki, Mark Esperin Müdafiə naziri təyin edilməsi rəsmi Seul və Vaşinqton arasında müttəfiq əlaqələrini daha da gücləndirəcək.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət