İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Bunu İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Musəvinin sözlərinə görə, nazirin səfəri çərçivəsində iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq.

Mətbuat katibi əlavə edib ki, İranın rəsmi şəxsləri həmçinin Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.

Səfərin dəqiq tarixi barədə məlumat yaxın zamanlarda veriləcək.

Emin İSAYEV
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət