Pressdent.az xəbər portalı Ehtiram Bayram oğlu ilə birgə sosial aksiya həyata keçiriblər

  • 13.05.2020, 18:43,
  • Gündəm
  • Baxılıb: 223
Ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Pressdent.az xəbər portalı Ehtiram Bayram oğlu ilə birgə sosial aksiya həyata keçiriblər
Pressdent.az xəbər portalı Ehtiram Bayram oğlu ilə birgə sosial aksiya həyata keçiriblər
Pressdent.az xəbər portalı Ehtiram Bayram oğlu ilə birgə sosial aksiya həyata keçiriblər

Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir. Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır.

Karantin rejimi müddətində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırmasını nəzərə alaraq Ehtiram Bayram oğlunun "Biz Birlikdə Güclüyük!" layihəsinə qoşulub, Ehtiram Bayram oğlunun təşkilatçılığı ilə aztəminatlı ailələrə sosial aksiya həyata keçirmişdir. Şəhərin müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan ailəlzrə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilmişdir.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Ehtiram Bayram oğluna təşəkkürlərini çatdırmışlar. Bu yardıma dəstəyi olan Pressdent.az xəbər portalının rəhbərliyi və iş kollektividə sağolsun.
Mədəniyyət