Xo­ca­lı xalqımızın qan yaddaşıdır

  • 24.02.2020, 09:28,
  • Gündəm
  • Baxılıb: 489
Xo­ca­lı xalqımızın qan yaddaşıdır


26 fevral və­tə­ni­miz­də, öl­kə­miz­də ma­təm gü­nü­dür. Xal­qı­mız, Azər­bay­ca­nın və­tən­daş­la­rı Xo­ca­lı soy­qı­rı­mı­nın iyir­mi səkkizinçi il­dö­nü­mü­nü ya­şa­ya­raq, qeyd edə­rək ey­ni za­man­da Xo­ca­lı fa­ciə­si­ni, soy­qı­rı­mı­nı də­rin hüzn­lə yad edir­lər. Bu gün ha­mı­mız Xo­ca­lı­da soy­qı­rı­mı nə­ti­cə­sin­də hə­lak olan­la­ra, xə­sa­rət alan­la­ra, şi­kəst olan­la­ra, əsir­lik­də qa­lıb hə­lə xə­bə­ri bi­lin­mə­yən­lə­rə - ha­mı­sı­na də­rin hör­mət və eh­ti­ra­mı­mı­zı bil­di­ri­rik. Bü­tün xo­ca­lı­la­ra on­lar­la bir yer­də ol­du­ğu­mu­zu bə­yan edi­rik.
Xo­ca­lı fa­ciə­si tək­cə xo­ca­lı­la­rın yox, bü­tün Azər­bay­can xal­qı­nın dər­di, qə­mi­dir. Ona gö­rə də hər il 26-fev­ral öl­kə­miz­də kə­dər gü­nü, hüzn gü­nü­dür. Bü­tün hə­lak olan­la­ra bir da­ha Al­lah­dan rəh­mət di­lə­yir və xo­ca­lı­la­ra, bü­tün Azər­bay­can xal­qı­na baş­sağ­lı­ğı ve­ri­rəm. Çün­ki hə­lak ol­muş hər bir soy­da­şı­mız öz ai­lə­si ilə bə­ra­bər Azər­bay­ca­nın öv­la­dı­dır və bu, Azər­bay­can xal­qı­nın ma­tə­mi­dir.
Bu qə­dər fa­ciə­li gün­lər ke­çir­miş, o dəh­şət­li, müd­hiş ge­cə­ni ya­şa­mış, ən əziz adam­la­rı­nı göz­lə­ri­nin qa­ba­ğın­da itir­miş in­san­lar məğ­rur­dur­lar, mərd­dir­lər. Hər bi­ri və­tən qay­ğı­sı, və­tən, tor­paq eş­qi ilə ya­şa­yır. Bu, xal­qı­mı­zın nə qə­dər yük­sək mə­nə­viy­ya­ta ma­lik ol­du­ğu­nu gös­tə­rir. Xo­ca­lı­la­rın bu yük­sək mə­nə­vi key­fiy­yət­lə­ri bü­tün Azər­bay­can xal­qı­nın mə­nə­vi key­fiy­yət­lə­ri­ni əks et­di­rir. Am­ma xo­ca­lı­lar ha­mı üçün ör­nək­dir, nü­mu­nə­dir - qəh­rə­man­lıq, mərd­lik, mə­ta­nət­li­lik nü­mu­nə­si­dir, ey­ni za­man­da və­tən­pər­vər­lik nü­mu­nə­si­dir.
1992-ci il fev­ra­lın 26-da Er­mə­nis­tan hər­bi bir­ləş­mə­lə­ri 7 min əha­li­si olan Xo­ca­lı şə­hə­rin­də ge­no­sid ak­tı hə­ya­ta ke­çir­di.­Xo­ca­lı soy­qı­rı­mı­nın epi­zod­la­rı in­sa­nı dəh­şə­tə gə­ti­rir. Xo­ca­lı sa­ki­ni zo­ra­ki er­mə­ni hərb­çi­lə­ri­nin tə­ləb et­di­yi "bu yer­lər bö­yük Er­mə­nis­ta­nın bir his­sə­si­dir" söz­lə­ri­ni di­li­nə gə­tir­mə­di­yi­nə gö­rə er­mə­ni­lər tə­rə­fin­dən di­van tu­tul­du dinc əha­li­yə.
Bü­tün bun­lar er­mə­ni hərb­çi­lə­ri tə­rə­fin­dən xü­su­si aman­sız­lıq­la və ağ­la­sığ­maz vəh­şi­lik­lə hə­ya­ta ke­çi­ril­miş­dir­.Er­mə­nis­tan hər­bi bir­ləş­mə­lə­ri­nin şə­hə­rə hü­cu­mu za­ma­nı bu­ra­da yal­nız 3 mi­nə ya­xın in­san qal­mış­dı. Çün­ki, mü­ha­si­rə­də qal­dı­ğı 4 ay­dan ar­tıq za­man ər­zin­də blo­ka­da­da ol­du­ğu üçün əha­li­nin xey­li his­sə­si şə­hər­dən çıx­maq məc­bu­riy­yə­tin­də qal­mış­dı. Xo­ca­lı soy­qı­rı­mı za­ma­nı 613 nə­fər ödü­rül­dü.
1000 nə­fər müx­tə­lif yaş­lı dinc sa­kin al­dı­ğı gül­lə ya­ra­sın­dan əlil ol­du. 106 nə­fər qa­dın, 63 az­yaş­lı uşaq, 70 qo­ca öl­dü­rül­dü. 8 ai­lə ta­ma­mi­lə məhv edil­di, 25 uşaq hər iki va­li­dey­ni­ni, 130 nə­fər va­li­de­yin­lə­rin­dən bi­ri­ni itir­di. Fa­ciə baş ve­rən ge­cə 1275 nə­fər dinc sa­kin gi­rov gö­tü­rül­dü, on­la­rın 150-si­nin ta­le­yi in­di də mə­lum de­yil..Şə­hər əha­li­si­nin bir his­sə­si zo­ra­kı­lıq­dan qa­çıb qur­tar­maq is­tə­yər­kən əv­vəl­cə­dən dü­zəl­dil­miş pus­qu­lar­da qət­lə ye­ti­ril­miş­dir. Ru­si­ya­nın "Me­mo­rial" hü­quq-mü­da­fiə mər­kə­zi­nin mə­lu­ma­tı­na əsa­sən, dörd gün ər­zin­də Ağ­da­ma Xo­ca­lı­da qət­lə ye­ti­ril­miş 200 azər­bay­can­lı­nın me­yi­ti gə­ti­ril­di.
­Er­mə­ni­lər sağ qal­mış in­san­lar üzə­rin­də ta­ma­mi­lə təh­qi­re­di­ci hə­rə­kət­lər hə­ya­ta ke­çir­miş­di­lər. On­la­rıın ba­şı­nın də­ri­si­ni soy­muş, baş­la­rı­nı və bə­də­ni­nin di­gər or­qan­la­rı­nı kəs­miş, uşaq­la­rın göz­lə­ri­ni çı­xar­mış, ha­mi­lə qa­dın­la­rın qar­nı­nı yar­mış­dı­lar.
Hü­cum za­ma­nı Xo­ca­lı­da is­ti­fa­də­si qa­da­ğan olun­muş 5,45 ka­libr­li pat­ron­lar­dan və kim­yə­vi si­lah­lar­dan sti­fa­də edil­miş­dir.­
Xo­ca­lı sa­ki­ni Sə­riy­yə Ta­lı­bo­va da­nı­şır­dı ki, "4 mes­xe­ti tür­kü və 3 azər­bay­can­lı­nın er­mə­ni qə­bi­ri­nin üzə­rin­də ba­şı­nı kəs­di­lər. Son­ra da­ha 2 azər­bay­can­lı­nın göz­lə­ri­ni çı­xart­dı­lar.
Ağ­dam­da 181 me­yit (130 ki­şi və 51 qa­dın, o cüm­lə­dən 13 uşaq) məh­kə­mə-tib­bi eks­per­ti­za­sın­dan ke­çi­ril­miş­dir. Eks­per­ti­za za­ma­nı müəy­yən edil­miş­dir ki, 151 nə­fə­rin ölü­mü­nə gül­lə ya­ra­la­rı, 20 nə­fə­rin ölü­mü­nə qəl­pə ya­ra­la­rı sə­bəb ol­muş,10 nə­fər küt alət­lə vu­ru­la­raq öl­dü­rül­müş­dür. Hü­quq-mü­da­fiə mər­kə­zi di­ri ada­mın baş də­ri­si­nin so­yul­ma­sı fak­tı­nı da qey­də al­mış­dır. Er­mə­ni­lər sağ qal­mış in­san­lar üzə­rin­də ta­ma­mi­lə təh­qi­re­di­ci hə­rə­kət­lər hə­ya­ta ke­çir­miş­di­lər. On­la­rıın ba­şı­nın də­ri­si­ni soy­muş, baş­la­rı­nı və bə­də­ni­nin di­gər or­qan­la­rı­nı kəs­miş, uşaq­la­rın göz­lə­ri­ni çı­xart­mış, ha­mi­lə qa­dın­la­rın qar­nı­nı yar­mış­dı­lar. Bü­tün bun­lar Er­mə­nis­ta­nın Ce­nev­rə kon­ve­si­ya­sı­nın pro­to­kol­la­rı­nı po­za­raq, mü­ha­ri­bə qay­da­la­rı­na zidd ola­raq dinc sa­kin­lə­rə qar­şı hə­ya­ta ke­çi­ri­lən soy­qı­rım ol­du­ğu­nu təs­diq­lə­yir.

- 613 Şə­hi­di­mi­zin 106 nə­fə­ri qa­dın, 56 nə­fə­ri az­yaş­lı uşaq idi.
- 487 nə­fər ya­ra­lan­dı.
- 8 ai­lə bü­töv­lük­də məhv edil­di.
- 25 az­yaş­lı uşaq hər iki va­li­dəy­ni­ni itir­di.
- 130 uşaq va­li­dəyn­lə­rin­dən bi­ri­ni itir­di.
- 59 nə­fər xü­su­si qəd­dar­lıq­la qət­lə ye­ti­ril­di.
- 1000 nə­fər­dən çox şə­hər sa­ki­ni əlil olub.
- 1275 nə­fər əsir və gi­rov gö­tü­rül­dü.
- Əsir dü­şən­lər­dən 150 nə­fə­ri it­kin dü­şüb və ta­le­yi bu gü­nə­dək mə­lum de­yil...


Aytən Muradova,
2 saylı Asan xidmət mərkəzində fəaliyyət göstərən ədliyyə nazirliyinin qeydiyyat şöbəsinin rəisi
Mədəniyyət