Azərbaycanda 4 ildi övladı olmayan qadın özünü öldürdü

  • 16.05.2019, 11:08,
  • Hadisə
  • Baxılıb: 181
Azərbaycanda 4 ildi övladı olmayan qadın özünü öldürdü



Şamaxı rayonunda gənc qadın intihar edib.

Beş.az ölkə.az-a istinadən bildirir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Qobustan rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Musayeva Səbinə Bəxtiyar qızı Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib. Qadın təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddət ərzində onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Mədəniyyət