Mikayıl Cabbarovun uğursuz təyinatı – NARAZILIQ VAR

Mikayıl Cabbarovun uğursuz təyinatı – NARAZILIQ VAR


Bakı Dövlət Sosial-İqtisad Kollecində təhsilin səviyyəsi gündən-günə aşağı düşür Sırf şəxsi maraqları üçün çalışan direktor İlham Vəliyev nəyə görə cəzalandırılmır? Azərbaycanın təhsil sistemində neqativ hallar köhnə nazirin dövründə də var idi, elə indi də. Düzdür, Misir Mərdanovu əvəzləyən Mikayıl Cabbarov təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. Lakin həmin islahatlar təhsil sektorundakı mənfi halların aradan qaldırılmasına hələ də yardımçı ola bilməyib. Çünki hazırda bəzi ali və orta ixtisas təhsili müəssisələrində hələ də sabiq nazir Misir Mərdanovun kadrları öz bildiklərini edirlər. Bu gün ən çox problemin üzə çıxdığı təhsil ocaqlarından biri də İlham Vəliyevin rəhbərlik etdiyi Bakı Dövlət Sosial-İqtisad Kollecidir. Xatırladaq ki, bir neçə il əvvəl baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Bakı Dövlət Sosial-İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi. Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin sabiq direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilmişdi. Yoxlamalar zamanı o da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adıçəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Mübariz Mahmudovun həbs edilməsindən sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi. Kollecin müəllim və tələbə heyətinin yeni direktordan gözləntiləri böyük olsa da, hər şeyin əksi baş verdi. Belə ki, İlham Vəliyev də Mübariz Mahmudovun yolunu gedərək təhsilə yad olan «üsullara» baş vurmağa başladı. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olur ki, bu şəxs direktor təyin edildikdən sonra Bakı Dövlət Sosial-İqtisad Kollecində problemlər daha da artıb, tələbələrin incidilməsi halları adiləşib. Əldə etdiyimiz məlumatlara görə, kollecdə tələbələrdən imtahan və digər adlar altında pul yığılır: «Tələbənin oxuyub oxumamasından asılı olmayaraq imtahanlardan qiymət ala bilmək üçün minimum 500 manat ödəməlidir. Kim imtahan üçün təyin edilən «rüsum»u ödəmirsə, avtomatik olaraq kəsirə qalır. Direktorun istəklərini yerinə yetirənlər isə rahat şəkildə imtahandan keçirlər. Bu kollecdə demək olar ki, hər şey pulludur. Məsələn, tələbələrdən hər qayıba görə 10 manat tələb edilir. Hansı tələbə qayıb limitini keçirsə, direktorun əlinə əla fürsət düşür. Belə ki, həmin tələbəni daxili əmrlə kollecdən uzaqlaşdırıb sonradan nəyinsə müqabilində bərpa edir. Bakı Sosial-İqtisad Kollecində işləyən 150-yə yaxın müəllim heyətinin əksəriyyəti direktorun fəaliyyətindən narazıdır. Ona görə ki, kollec rəhbəri işçiləri arasında ayrıseçkilik salır. Bəzi müəllimlər sırf direktora işləyirlər, onun yığım əməliyyatını həyata keçirirlər». Məlumatlı mənbə bildirir ki, Mübariz Mahmudovun gedişindən sonra kollecdə müsbətə doğru heç bir dəyişiklik baş verməyib: «Əgər Təhsil Nazirliyinin rəhbərliyi direktor İlham Vəliyevin barəsində təcili tədbir görməsələr, o daha böyük qanun pozuntularına imza atacaq. Sözsüz ki, bu da təhsilin inkişafına balta vuran amillərdəndir». Qeyd olunan fikirlərlə bağlı kollec direktorunun münasibətini öyrənməyə çalışsaq da, alınmadı. Belə ki, (012) 428-43-12 nömrəli əlaqə telefonuna cavab verən xanım direktorun yerində olmadığını dedi. Buna baxmayaraq, İlham Vəliyevin də cavab haqqını tanıyırıq.
Mikayıl Cabbarovun uğursuz təyinatı – NARAZILIQ VAR

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət