Çoban işlədiyi fermadan qoyun oğurladı

  • 07.05.2019, 13:49,
  • Gündəm
  • Baxılıb: 205
Çoban işlədiyi fermadan qoyun oğurladı


Göyçay rayonunda fermadan 4 baş qoyun oğurlanıb.

beş.az” DİN-ə istinadən xəbər verir ki, mayın 5-də şəhər sakini Rauf Rəfiyevə məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvan oğurlanıb.

Rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
Mədəniyyət