Kəbirə Məmmədovanın bazarında təkcə qiymətlər alışıb yanmır

Kəbirə Məmmədovanın bazarında təkcə qiymətlər alışıb yanmır


Binə Ticarət Mərkəzinin direktoru görəsən kimin qəzəbinə gəlib? Binə Ticarət Mərkəzinin direktoru Kəbirə Məmmədovanın adı demək olar ki, mətbuatın gündəmindən düşmür. Buna səbəb kimi isə bazarda son zamanlar qiymət preyskurantlarında edilən düzəlişlərlə yanaşı bəzi gözəgörünməz məqamlar da ola bilər. Həmin məqamları sadalamaq da çətindir. Lakin maraqlı statistikaya nəzər saldıqda, müəyyən nəticələr hasil etmək çətin deyil. Qeyd edək ki, ticarət mərkəzində artıq sistematik hal almış yanğınların qarşısı nədənsə alınmır. 2012-ci ildən bəri Binə Ticarət Mərkəzində baş verən yanğınların tam olmayan siyahısına nəzər salaq. Gundelik-baku.com bildirir ki, 2012-ci ilin 20 fevralında bazarda güclü yanğın baş vermişdi. Həmin ilin 16 sentyabrında isə 146 nəfər dəm qazından zəhərlənmişdi. Buna səbəb kimi ticarət mərkəzində elektrik enerjisinin dayandırılmasından sonra ticarət mərkəzində olan generator qurğularının işə salınması göstərilirdi. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi. 2013-cü il yanvarın 31-də, fevralın 20-də, avqustun 10-da, dekabrın 13-də və 23-də baş verən yanğınlardan ən güclüsü həmin ilin son ayındakı dəhşətli yanğın idi. 2014-cü il iyulun 12-də, 2015-ci ilin fevralında və martın 14-də eyni ssenari ilə yanğınlar baş verib. Maraqlıdır ki, əksər yanğınların qısa qapanma səbəbindən törəndiyi deyilir. Bu da bir yana, indiyədək yanğınlardan əziyyət çəkən sahibkarlara demək olar ki, yetərli kompensasiya ödənilməyib. Baş verən son yanğın hadisəsi ilə bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu hadisədən bir neçə həftə öncə Binə bazarının 1-ci sırasından 6-cı sırasına qədər olan ərazidə dairəvi yol çəkiləcəyi səbəbindən söküntü işlərinin aparılacağı deyilirdi. Buna görə, bazarı bəri başdan tərk edib özünə yer axtaran ticarətçilərin sayı günbəgün artırdı. Kəbirə Məmmədovanın adamları isə ciddi-cəhdlə çalışırlar ki, gedən olmasın. Hətta buna görə sahibkarlara təzyiqlər də edirlər. Bu günlərdə, yəni yanğından bir neçə gün öncə xəbər yayılmışdı ki, artıq Kəbirə Məmmədova yuxarılarla danışıb, yolun istiqamətini dəyişmək barədə ortaq məxrəcə gəlinib. Binə Ticarət Mərkəzinin əsl sahibləri son yanğın hadisəsindən dərhal sonra Kəbirə Məmmədovanı ciddi sorğu-suala çəkiblər. Soruşulub ki, bu yanğınların törədilməsində əndazələri aşanlar niyə tapılmır. Kəbirə Məmmədova isə öz növbəsində söz verib ki, belə hadisələrin qarşısını almağa çalışacaq ki, "səsi çıxmasın". Deyəsən bu vədinə Kəbirə xanım əməl etməyi bacarıb. Binə bazarında baş verən yanğınlarla bağlı hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi barədə əlimizdə məlumat yoxdur. Lakin narazı sahibkarları susdurmaq üçün əvvəlki kimi, müxtəlif təpki üsullarından istifadə edilir. Həmin üsullar arasında qoçular vasitəsilə düzənlənən "razborka"lar da var. Tutalım, hansısa sahibkar icarə haqlarını gecikdirdiyi və ya məbləğin yüksək olmasından narazılığını bildirdiyi təqdirdə Kəbirə xanımın "qoçu"ları tərəfindən "zərərsizləşdirir". Sahibkarların bildirdiyinə görə, Binə Ticarət Mərkəzində güzəran üçün beş-on manat çörək pulu qazanmağı da onlara çox görürlər. Kəbirə Məmmədova elə bir nəzarət mexanizmi qurub ki, mağaza sahibləri qazanc üçün yox, borca işləmək məcburiyyətində qalıblar. Burdakı daha bir köhnəlik əlaməti də ondan ibarətdir ki, ticarət mərkəzində xırda sahibkarlardan məcburi qaydada əlavə ödənişlər tələb olunur. Kəbirə xanımın söyüş və təhqirlərinə öyrəşənlərin başını aşağı salıb susmaqdan başqa çarəsi qalmır. Qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət