CƏFƏROVA İLAHƏ

Dahi şəxsiyyət, ümumilli liderimiz Heydər Əliyev deyib: “Mən yer üzündə
. müəllimdən yüksək ad tanımıram”. Bəli, müəllim müqəddəsdir. Hər birimizdə
müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllimlər doğma
yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və
səbrlə bizə öyrətmiş və bu gün də öyrətməyə davam edirlər. Müəllimlər
cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Etiraf etmək lazımdır ki,
təhsil sistemində haqqında ən çox danışılan, barəsində müzakirələr aparılan,
peşəkarlıq səviyyəsi daim diqqət mərkəzində olan, eyni zamanda, şəxsiyyəti
gözəl və təsirli ifadələrlə qiymətləndirilən, təbii ki, müəllimdir. Müəllimlik bütün
zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul
edilib.
Çox əfsuslar olsun ki, müəllimlik kimi şərəfli bir peşənin pis hallanmasına
səbəb olan bəzi müəllimlər var. Biz belə peşəsindən sui-istifadə edən müəllimlər
haqqında məlumat toplayıb araşdırıb sizə bildirməyi borc bilirik. Apardığımız
tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Ağdam rayonunun Ayaqqərvənd kənd
tam orta məktəbinin ingilis dili müəlliməsi kimi pedoqoji fəaliyyət göstərən
Cəfərova İlahə heç də şagirdlərinin dil biliklərinin artması, inkişaf etdirilməsi
üçün yetərli biliyə malik deyildir və peşəsini layiqincə yerinə yetirmir. Cəfərova
İlahə Afiq qızı 04 fevral 1982-ci ildə anadan olub. 1988-ci ildə Ağcəbədi
rayonunun Hacılar kənd tam orta məktəbində ilk təhsilini alıb. 1999-cu ildə orta
məktəbi bitirdikdən sonra 2001-ci ildə Ağcabədi Pedoqoji Kollecinin ingilis dili
müəllimliyi ixtisasına qəbul olunub və 2005-ci ildə kolleci bitirib.
Bu gün təəssüflər olsun ki, ölkəmizdə ixtisasının 10-20%-ni bilən və ya heç
bilməyən müəllimlər var. Əlbəttə, heç bir valideyn övladına belə müəllimlərin
dərs verməsini istəməz. Cəfərova İlahə də orta ixtisaslı müəllim olmasına
baxmayaraq öz ixtisası haqqında ümumi biliyə sahib deyil. Halbuki İlahə
müəllimə bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə
xüsusiyyətlərinin çətinliyini nəzərə almalı idi. Pedaqoji sahədə çalışan hər bir
müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında
didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər
mühim yer tutur. Müəllim ilk öncə akademik savada malik olmalıdır. Hərtərəfli
və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan
texnikalarla işləmək qabiliyyətləri, kompüter biılikləri və bu bilikləri öyrətmək
ustalığı olmalıdır. Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri
üçün nümunə olmalıdır. Öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün
və hörmətli münasibətləri olmalıdır. Təlim prosesi zamanı yaradıcı olmalı,
qarşıya çıxacaq çətinlikləri öncədən görməli və təlim fəaliyyətnin
istiqamətləndirməyi bacarmalıdır. Səbirli olmalı, hislərini cilovlamağı bacarmalı,
ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıdır. Bütün bu
xüsusiyyətlərə sahib olmaq üçün müəllim daim öz üzərində çalışmalı,
özünümarifləndirmə ilə məşğul olmalıdır. Çox təəssüflər olsun ki, İlahə isə təlim
prosesi zamanı yaradıcı texnikalardan istifadə etmir və dövrünün nailiyyətləri
barəsində dərin informasiyası yoxdur.
Bundan başqa aldığımız məlumatlara görə Cəfərova İlahə ingilis dili fənni
üzrə repetitor olaraq da fəaliyyət göstərir və məktəbdəki şagirdlərini də məcbur
edir ki, hazırlığa onun yanına gəlsinlər. Onun yanına hazırlığa gəlməyən
şagirdlərə aşağı qiymətlər yazaraq onlarla pis rəftar edir. Əlbəttəki hər ailənin
uşağını repetitor yanına göndərməyə büdcəsi çatmır. Göndərdiklərində belə işini,
peşəsini bacarmayan müəllimlər şagirdlərin həyatını məhv edir. Savadsız həkim
bir insanı şikəst edə bilər, savadsız müəllim isə bir bütün nəsli.
Unutmamaq lazımdır ki, hər bir müəllim öz fənninin yüksək səviyyədə
tədrisini məktəbdə həyata keçirməlidir. Cəfərova İlahə əgər öz fənnini yüksək
səviyyədə bilmirsə, bəs necə şagirdlərini və abituriyentləri hazırlığa öz yanına
gəlməyə məcbur edir? Əgər fənni haqqında ətraflı biliyə sahibdirsə, onda fənnini
şagirdlərinə elə yüksək səviyyədə tədris etməlidir ki, əlavə heç bir repetitor
yanına getməyə gərək qalmasın.
Cəfərova İlahə şagirdlərə bilik öyrətməməklə yanaşı onlara mənəvi
təzyiqlər göstərir. Müəllim adına yaraşmayan və yolverilməz işlərə əl atan
Cəfərova İlahə həmçinin ixtisasının tədrisi metodikasında da bəzi mənfi
aspektlərin olduğu tədqiq olunub. Dərsin tədrisi metodikası fənn haqqında biliyə
sahib olmaq qədər önəmlidir. Çünkü müəllimin nə qədər yaxşı biliyi olursa olsun,
əgər dərsin tədrisini düzgün şəkildə apara bilmirsə, şagirdlər dərsi qavraya
bilməz. Düzgün metodik vasitələr istifadə etməklə şagirdlərlə yaradıcı dərslər
təşkil edərək onlarda həmin fənnə qarşı maraq yaratmaq lazımdır. Düzgün tədris
metodikası tətbiq edə bilməyən bir şəxsin müəllim işləməsi düzgün deyildir. Əgər
müəllim 18 il ərzində tədris etdiyi fənni şagirdlərinə çatdıra bilmirsə, bu
təhsilimiz üçün böyük faciədir. Bu vəziyyət həmin məktəbin adına da böyük xələl
gətirir.
Əziz valideynlər, əziz xalqımız, övladlarınıza təhsil verən, onların tərbiyəsi
ilə məşğul olan müəllimlərlə maraqlanmaq bizim borcumuzdur. Ümid edirik
İlahə müəllimə də tutduğu əməldən, şagirdləri öz yanına hazırlığa gəlməyə
məcbur etməkdən artıq uzaq durar. Çünki özünü inkişaf etdirmək, yeni
məlumatlar öyrənməl heç vaxt gec deyil. Əks halda məktəb rəhbərliyini bununla
bağlı tədbir görməyə çağırırıq.
Mədəniyyət