Stallonedən şok “Roki” etirafı: 43 illik sirr...

Stallonedən şok “Roki” etirafı: 43 illik sirr...
Məşhur amerikalı aktyor Silvester Stallone milyon dollar dəyərində olan “Rokki” filmləri üzərində müəlliflik hüququnun olmadığından şikayətlənib.

Kult.az Teleqraf.com-a istinadən xəbər verir ki, 73 yaşlı Stallone seriya film layihəsinin müəllifinin özü olduğunu bildirib.

“Hər kəlməsi, hər hərfi və hər xətası mənimdir. Məni şoka salan isə budur, mənə deyirlər ki, pulunu aldın, nədən şikayət edirsən? Çox əsəbiləşdim”, - aktyor deyib.

Silvester Stallone eyni zamanda, yeni bir “Rokki” çəkiləcəyi müjdəsini də verib. Məşhur aktyor özünün yazıb rejissoru olacağı film üçün “Rokki” seriyasını ərsəyə gətirən “MGM”, “Stallone” və “Irvin Vinkler” şirkətləri ilə anlaşdığını bildirib.

Film ABŞ-a bacısını görməyə gəldikdən sonra ölkədən çıxışına qadağa qoyulan bir əsəbi gənclə Rokki Balboanın tanış olmasından bəhs edir.

Qeyd edək ki, 1976-cı ildə çəkilən ilk film 1 milyon dollara başa gəlsə də, dünya ölkələrindəki yayımından 225 milyon dollar qazanc əldə etmişdi.
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət