Dövlət Aqrar Universitetinin rektoru yeni vəzifə sevdasındadır

Dövlət Aqrar Universitetinin rektoru yeni vəzifə sevdasındadır


İbrahim Cəfərov ya Akif Əlizadənin, ya da Vilyam Hacıyevin yerinə gətiriləcək Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru yeni vəzifəyə təyinat almaqdan ötrü gərgin fəaliyyətə başlayıb. Belə ki, İbrahim Cəfərovun rektor postuna gəldikdən sonra adıçəkilən ali təhsil ocağında ciddi neqativ halların, xoşagəlməz məqamların yaşandığını vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, yeni vəzifə sevdasına düşən rektor bu məqsədlə himayəsinə arxalındığı şəxslərin yardımlarına baş vurmaq niyyətindədir. Dövlət Aqrar Universitetinin rəhbərinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, İbrahim Cəfərov dəstəyinə güvəndiyi nüfuz sahiblərinin yardımları ilə Akif Əlizadənin yerinə keçsəyə çalışır:

«Deyilənlərə görə, rektor Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin postuna keçməkdən ötrü əməli fəaliyyətə başlayıb. Belə ki, İbrahim Cəfərov artıq himayəsində olduğu şəxslərə bu barədə məlumat verib və onlardan müvafiq cavab gözləyir. Əgər qarşı tərəf Dövlət Aqrar Universitetinin rektorunun istəyinə «hə» deyərsə, o zaman İbrahim Cəfərov Akif Əlizadəyə açıq-aşkar şəkildə savaş elan edəcək və əlində olan bütün imkanları onun «neytrallaşdırılması»na sərf edəcək. Məsələnin maraqlı tərəfi ondadır ki, rektor məclislərin birində bu arzusunun reallaşmayacağı təqdirdə mütləq İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gedəcəyini bəyan edib. Görünən odur ki, əgər himayədarları İbrahim Cəfərova Akif Əlizadənin postuna layiq görməsələr, o zaman rektoru nəyin bahasına olursa-olsun Vilyam Hacıyevin yerinə gətirəcəklər. Belə çıxır ki, Dövlət Aqrar Universitetinin rektoru hazırda iki posta iddialıdır. Lakin tezliklə onlardan birinə təyinat alacağı deyilir». Beləliklə, hazırda adıçəkilən universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, kitabxana, mətbəə və «Aqrar mütəxəssis» qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə) və 30 kafedranın fəaliyyət göstərdiyini vurğulayan mənbə bildirir ki, artıq sözügedən təhsil müəssisəsində vəziyyət kritik həddə çatmaz üzrədir: «Deyilənlərə görə, artıq tələbələrlə yanaşı müəllimlər də dilə gəlib. Belə ki, Dövlət Aqrar Universitetində işə götürmələr zamanı ixtisasın vacibliyini unudan rektor İbrahim Cəfərov şəxsi tələblərin ödənilməsini daha vacib şərt kimi qarşıya qoyur. Bildirilir ki, rektorun qanunsuz fəaliyyətin əsas prinsiplərindən biri də vaxtilə universitetdə dekan işlədiyi illər bəzi kafedralarda çalışan, lakin onunla münasibəti olmayan müəllimləri cəzalandırmasıdır. Deyilənlərə görə, o, universitetə rektor təyin olunandan sonra bir neçə müəllim, kafedra müdiri və dekan İbrahim Cəfərovun şəxsi prinsiplərinin güdazına gedib, işindən olub. Bir sözlə, o, peşəkar, uzun illər təhsil sahəsində çalışmış kadrları müxtəlif bəhanələrlə işdən azad edərək, onların yerinə maraqlarını təmin edən yeniləri gətirib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mbvqeyini işıqlandırmağa hazırıq.


pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət