Natiq Cabbarov niyə Samir Şərifova tabe olmaq istəmir?

Natiq Cabbarov niyə Samir Şərifova tabe olmaq istəmir?


Gəncə Maliyyə İdarəsinin rəisi icra başçısı Elmar Vəliyevin adından çox istifadə edir Maliyyə Nazirliyinin yerli idarələrində mövcud olan neqativ hallar səngimək bilmir. Mətbuat səhifələrində bu haqda tez-tez tənqidi məlumatlar yayımlansa da, nazirliyin rəhbər şəxsləri səviyyəsində ciddi reaksiya yoxdur. Məhz bu cəzasızlığın nəticəsidir ki, hazırda yerli maliyyə idarələrinin bir çoxunda qanunlara istənilən səviyyədə əməl olunmur. Gundelik-baku.com xəbər verir ki, Gəncə şəhəri üzrə Maliyyə İdarəsində də müxtəlif xoşagəlməz işlər cərəyan etməkdədir. Məlumata görə, idarənin rəisi Natiq Cabbarov özbaşına əməlləri ilə ölkənin maliyyə sistemilə bağlı əldə etdiyi bir sıra uğurları şübhə altına alır. Belə ki, məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, maliyyə idarəsinin rəisi fəaliyyəti dövründə bu və digər dərəcədə maliyyə maxinasiyalarında iştirak, hətta onlara rəhbərlik edib ki, bu da ağır cinayət hesab olunur. Bununla da Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin rəisi kimi bu cür neqativ hallarda iştirakı ölkənin son illər maliyyə sektorunda əldə etdiyi uğurları sual altına almaqla yanaşı, həmçinin dövlətin maliyyə sütunlarına da ağır zərbələr vurur: «O 2011-ci ildə bu posta təyin edilib. Buna qədər isə Yevlax Maliyyə İdarəsinin rəisi işləyib. Natiq müəllim son 5 il ərzində ölkənin ikinci ən böyük şəhərinin maliyyə sistemini yaman günə salıb. Rəis əlində olan səlahiyyətlərdən istifadə edərək, "Dövlət büdcəsi haqqında" Qanunu kobud şəkildə pozur. Həmin qanuna əsasən, büdcədən maliyyələşən təşkilatlar ən azı 3 ildən bir təftiş edilməlidir. Buna baxmayaraq, Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin rəisi öz istədiyini edir. Yəni büdcədən maliyyələşən bəzi təşkilatları tez-tez yoxlatdırır, bir sıra təşkilatlarda isə ümumiyyətlə, bir dəfə də olsun belə yoxlama aparılmır. Məhz bu faktın özü Gəncə şəhərində büdcənin talandığını deməyə kifayət edər». Araşdırmalar göstərir ki, Natiq Cabbarov şəhərin xüsusən təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaitini heç də tam həcmdə ünvanyönlü xərcləmir. Belə ki, onun hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərdiyi qeyd olunur: «Natiq Cabbarovun Gəncədə fəaliyyət göstərən büdcə təşkilatlarının üzərində nəzarəti çox zəifdir. Rəis dövlət büdcəsindən maliyyələşən yerli idarə və müəssisələrə ayrılan vəsaitlərin hansı işlərə xərclənməsi ilə qətiyyən maraqlanmır. Bəzi məmurlar hansısa yollarla onu ələ almağı bacarıblar. Elə buna görədir ki, maliyyə idarəsinin rəisi gözü ilə gördüyü qanunsuzluqlara üz çevirir». Məlumatlı mənbə vurğulayır ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın birisi kimi tanınan idarə rəhbəri hər yerdə onun adından istifadə edir. Bildirir ki, o maliyyə naziri Samir Şərifova yox, məhz icra başçısına tabedir. Yaxın günlərdə Natiq Cabbarovun icra hakiminin adını hansı məclislərdə çəkməsi və Gəncə Maliyyə İdarəsindəki yeyintilərlə bağlı şok faktları açıqlayacağıq. Bizi izləməyə davam edin. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Natiq Cabbarov niyə Samir Şərifova tabe olmaq istəmir?

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət