Başçı müavini küçəni satıb - Şamaxıda

Başçı müavini küçəni satıb - Şamaxıda


Şamaxı icra başçısının müavini Qasım Qasımov Nərimanov küçəsini satışa çıxarıb.

Vizual.az-a verilən xəbərə görə, başçı müavini sözügedən ərazidə satmağa yer saxlamayıb. İcra başçısı Asif Ağayevin sərəncamları ilə Nərimanov küçəsi peşkəş olunub. Q.Qasımov sözügedən ünvanda "Planet” mağazası tikdirib.

Onun 216 nömrə nişanlı "Niva” markalı maşını ilə mağazaya baş çəkdiyi bildirilir. Başçı müavini rayonda ticarət obyektlərinə nəzarət üçün həvalə olunub. A.Ağayevin sağ əli olan Q.Qasımovun tender əməliyyatları, büdcə pullarının xərclənməsi və digər işlərdə rolu var. İcra başçısının başı isə villa tikdirməyə qarışıb. İcra başçısının rayonun Nağaraxan kəndində malikanələr tikdirməsi barədə son günlər ictimailəşən xəbərlər, habelə oğlunun "Leksus” markalı avtomobili sürməsi haqda yazılanlar A.Ağayevi narahat edib.

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, cəbhə xəttində baş verənlərə baxmayaraq icra başçısının başı öz imarətlərinin tikintisinə qarışıb. Ölkənin və dünyanın gündəmində olan Qarabağ savaşı günlərində A.Ağayevin villalarının şəkillərinin yayılacağı təqdirdə icra başçısı üçün yaxşı perspektiv vəd etməz.

Xatırladaq ki, Asif Ağayev rayonun Nağaraxana kəndində özünə dəbdəbəli saray tikdirir. Prezident İlham Əliyev məmurları dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa dəvət etsə də, A.Ağayev dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.

Kənd torpaqlarının satılması prosesi Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun rəhbərliyi altında icra hakimiyyəti, konkret olaraq Şamaxı rayon icra başçısı Asif Ağayev və icra başçısının müavini Qasım Qasımov tərəfindən həyata keçirilib.

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət