Главная > maraqli > Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR

Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR


12-04-2019, 14:35. Разместил: fuad
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
"Butt lift” və ya yanbızın böyüdülməsi nə deməkdir?
Bu prosedurların bir neçə tipləri var. Amerika Plastik Cərrahiyyə Cəmiyyətinin bildirdiyinə görə yanbızların böyüdülməsi – onların ölçüsünün və formasının pasientin yanbızlarına iynə ilə piy köçürülməsi və ya onlara silisium (silikon) implantının qoyulması ilə dəyişdirilməsidir.

Anews.az xəbər verir ki, "Braziliya yanbızı” əməliyyatında əsasən piy vurulmasından istifadə olunur. Bu əməliyyat zamanı pasient liposaksiya edilir, yəni onun qarın nahiyəsindən sorulub çıxarılan piy, emal edildikdən sonra həmin pasientin yanbızlarına vurulur.
Bunun əksinə olaraq, adi yanbız cərrahiyə əməliyyatlarında, yanbızların ölçüsü onlardakı artıq piyin və dərinin çıxarılması ilə müşayiət olunur.
Bu əməliyyat adətən əhəmiyyətli həcmdə çəki itirmiş pasientlərə tətbiq edilir.

Yanbızböyütmə əməliyyatını icra edən cərrah

Mükəmməl dallar – 2007-ci ildə Münhendə keçirilmiş Arxa Tərəf Dünya Çempionatının iştirakçıları

Yanbızların böyüdülməsi niyə dəbə minib?
Beynəlxalq Estetik və Kosmetik Cərrahiyyə Cəmiyyətinin məlumatına görə, 2015-ci ildə qlobal miqyasda 320 min yanbızböyütmə və yanbızqaldırma əməliyyatı aparılıb. Bu, 2014-cü illə müqayisədə 30 faiz artım deməkdir.
Amerika Plastik Cərrahlar Cəmiyyəti də bildirib ki, "Braziliya yanbızı” prosedurlarının sayı son bir neçə ildə xeyli artıb.

Kim Kardashian-ın müstəsna vücuduna onun məşhur yanbızları da daxildir

Müğənni Nicki Minaj da "arxa plandan” diqqəti cəlb edir

Doktor Pacifico deyir ki, medianın Kim Kardashian və ya Nicki Minaj kimi məşhurları "arxa plandan” gen-bol işıqlandırması bu cərrahiyyənin yüksəlişinə səbəb olub. Axı azarkeşlər belə vücuda süni yollarla sahib olmağa can atırlar.
O bunu da qeyd edir ki, bədənin daha çox hissəsinin açıq qaldığı isti ölkələrdə də yanbız əməliyyatları daha populyardır.
Bundan başqa yanbızlar Braziliya mədəniyyətində xüsusi yer tutur və 1970-ci illərdən başlayaraq bəzi məşhurlar "mükəmməl gündəyməzlərinin” nümayişi ilə ad çıxarıblar.
Bütün 20-ci əsr boyunca Braziliya musiqisi və poeziyası gündəyməzləri vəsf edib. 2011-ci ildən ölkədə "Miss Bumbum” yarışları keçirilir. Burada hakimlər qadınları qadınları yanbızlarına görə qiymətləndirir və qalibin – "Miss Yanbız”ın tacqoyma mərasimini keçirirlər.

Braziliyalılar yanbızlarının gözəlliyi ilə fəxr edirlər

Əməliyyat təhülkəsizdirmi?
Doktor Pacifico deyir ki, bədənin başqa yerlərindən piy götürməklə yanbızlara vurulması əməliyyatı ümumən təhlükəsizdir.
"Ən pis hal piyin nekrozudur, yəni köçürülmüş piyin ölməsi. Piy bu zaman şişir və iltihablanır. Mən yanbızlar üçün implantlardan istifadə etmirəm, çünki zənnimcə bu daha çox problem yarada bilər. Burada implantın – əkmə piyin yellənmə və tərpənmə təhlükəsi var ki, bu da ayaqlardan və budlardan keçən sinirlər üzərinə təzyiq sala bilər”.
Bütün cərrahiyyələrdə risk elementi olduğuna görə doktor Pacifico reputasiyalı və səriştəli cərraha müraciət edilməsinin mühümlüyünü vurğulayır.
Ən qorxulu prosedur yanbızlara silisium və ya silikon maddəsinin iynə ilə vurulmasıdır. Bu praktika kəskin infeksiya və tromblara səbəb ola biləcəyinə və ölümlə nəticələnə biləcəyinə görə əksər ölkələrdə qadağandır.
Bu prosedur zamanı yanbızlara maye və jele silikon vurulur. Bu zaman qoruyucu membrandan istifadə olunmadığına görə maye bədən boyunca axa bilər. ABŞ-ın Qida və Dərman İdarəsi bildirir ki, bədənin hər hansı hissəsinin toxumalarının böyüdülməsi üçün silikondan istifadə təsdiqlənməyib.
"The Miami Herald” qəzeti qadınlara silikon vurulması və onların naşı cərrah və həkimlər tərəfindən müalicə olunması ilə əlaqədar baş vermis bir neçə ciddi fəsad və ölüm halları barədə xəbərlər yayıb.
Əməliyyatdan sonra sağalma müddəti nə qədərdir?
"Əgər mən sizin yanbızlarınıza piy vursaydım, sizə altı həftə ərzində ümumiyyətlə oturmamağı məsləhət görərdim. Çünki piy öz təzə yurduna alışmalıdır. Siz oturanda yanbızlarınıza təzyiq düşür və ora qan axını azalır. Daimi qan axını olmadan piy bədənə düşməyə bilər”.
Sağalma müddətində pasientlər ya qarınları üstdə, ya da yanları üstdə yatmalıdırlar. Qarnı üstdə heç yata bilməyənlər üçün üfürmə döşəklər, dəlikləri olan stullar mövcuddur. Belə döşəklərdə yatarkən və belə stullarda əyləşərkən yanbızlara təzyiq düşmür.

Bədənin ayrı-ayrı yerlərindən çıxarılan piy yanbızlara vurulur

Qiyməti neçədir?
Yanbızın böyüdülməsi prosedurlarının qiymətləri ölkədən və cərrahdan asılı olaraq fərqlidir. Lakin bunu demək olar ki, burada söhbət minlərlə funt sterlinqdən gedir.
Cərrahiyyə əməliyyatının altenativi yanbız yastıqlarının geyinilməsidir. Söhbət yanbızlara döşqaldıran lifçiyə bənzəyən qoşa yastıqcaların geyinilməsindən gedir.
Bir də Kolumbiyada çox məşhur olan yanbızböyüdən cins şalvarlar var. Oralarda bu şalvarlara "levanta cola jeans” deyirlər.
Sözü gedən qarniturları 130 dollardan baha olmayaraq mağazalardan almaq mümkündür.
Həm də ağrısız-filansız.
BBC Azərbaycan

Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Azərbaycanda da dəbə minən “Braziliya yanbızı” necə yaranır? – Təhlükəsi, Qiyməti… – FOTOLAR
Вернуться назад