Sumqayıtda 5 nəfərin öldüyü qəzanın VİDEOsu yayıldı

  • 11.05.2019, 11:29,
  • Hadisə
  • Baxılıb: 194



Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Beş.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində "Mercedes" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




Mədəniyyət