İlan sancmış, güllə ilə sifəti şil-küt edilən və oğurlanan

İlan sancmış, güllə ilə sifəti şil-küt edilən və oğurlanan
Freddy Krueger adlı tutuquşu başqa tutuquşlarına bənzəmir.

Aprelin 16-da silahlı qarətçilər onu zooparkdakı qəfəsindən apardıqdan üç gün sonra bu quş Braziliyadakı Cascavel şəhərinin zooparkına geri qayıtmağa nail olub.

Freddy dörd il yaşadığı qəfəsinin önündə aşkar edilib.

O, oğurlandığı vaxt müalicəvi bərpa kursu keçirdi.

Onu ilan sancmışdı və baytarların güman etdiyinə görə, həmin yaradan qan açıldığı üçün Freddy ölə də bilərdi.

Zooparka gətirilməzdən əvvəl Freddy narkotik dəllallarının qaldığı yerdə saxlanılıb.

2015-ci ildə həmin narkobiznes yuvasına qarşı polis əməliyyatı keçirildiyi zaman Freddy-ə dəymiş güllə quşun sifətini şil-küt edib.

Freddie Krueger adı da bu tutuquşuna "Elm küçəsindəki dəhşət" filmində məşhur obrazın adına görə verilib.

Aldığı güllə yarası nəticəsində quşun sağ gözünün görmə qabiliyyəti itib, dimdiyinin də bir parçası qırılıb.

Braziliyada qeyri-qanuni heyvan al-veri ildə $3 milyarda çatır.

Odur ki, qarətçilər tərəfindən zooparkdan oğurlanarkən Freddy heç də ən yaxşı əhval-ruhiyyədə olmayıb.

Yaralarına baxmayaraq, quş öz normal həyatını davam edib.

Misal üçün, dimdiyinin bir parçasını itirsə də, Freddy dənli yemi və meyvələri dimdikləyərək yeməkdə davam edib.

Gəlirli qeyri-qanuni biznes

Polis güman edir ki, qarətçilər Freddy-ni bəlkə də onun eybəcərliklərini görəndən sonra buraxıblar.

"Onu bu halda satmaq çətin məsələdir", - zooparkın direktoru Ilair Dettoni BBC-yə bildirirb.

Heyvan traffikinqi Braziliyada ən gəlirli qaçaqmalçılıq növlərindən biri sayılır.

Heyvan traffikinqi üzrə ixtisaslaşan Renctas QHT-nin təxminlərinə görə, ölkədə qeyri-qanuni heyvan al-veri ildə $3 milyarda çatır.

2015-ci ildə həmin narkobiznes yuvasına qarşı polis əməliyyatı keçirildiyi zaman Freddy-ə dəymiş güllə quşun sifətini şil-küt edib.

Zoopark direktoru deyir ki, Freddy-nin qaldığı qəfəsin yaxınlığında insan qanı izinin aşkar olunması onu oğrlayanlara tutuquşunun müqavimət göstərdiyindən xəbər verir.

Ziyarətçilərin sayının artacağına ümidlər

"Freddy dəliqanlı bir quşdur və heç kimə özü ilə kobud rəftar etməyə imkan verməz, onu oğurlayanlar da bunu görüb," - Dettoni deyib.

Freddy zooparka gətiriləndən bəri digər quşlara qarşı zorakılığa yol verdiyindən onu elə birinci gündən ayrıca bir qəfəsdə saxlayıblar.

"Bu, zarafat deyil: o başqa bir tutuquşunu bir dəfə az qala öldürəcəkdi", - direktor qeyd edib.

Freddy-nin oğurlanması Cascavel şəhərində quşların başına gələn ilk belə hadisə deyil.

Zooparkdan vaxtilə timsahlar və başqa tutuquşular da oğurlanıb.

İndikindən daha güclü təhlükəsizlik sisteminin qurulmasına zooparkın maliyyə imkanı yoxdur.

Belə ki, zooparkın CCTV kameraları yoxdur, 18000 kvadrat metrlik ərazidə saxlanılan 340 heyvanın keşiyini isə yalnız üç polis əməkdaşı çəkir.

Freddy və digər bir tutuquşunun oğurlandığı gecə polis əməkdaşlarından ikisi xəstələndiklərinə görə işdə olmayıblarmış.

Zoopark direktorunun sözlərinə görə, oğurlanmış digər tutuquşu hələlik itmiş hesab olunur.

"Bəlkə, Freddy-nin əhvalatı zooparkımıza insanların marağının artmasına səbəb oldu. Biz daha çox ziyarətçi qəbul etməyə hazırıq", - o deyib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət